Icma.az
close
up
RU
BDU nun məzunu, Yaponiyanın Okinava Elm və Texnologiya Universitetinin professoru ilə görüş keçirilib

BDU nun məzunu, Yaponiyanın Okinava Elm və Texnologiya Universitetinin professoru ilə görüş keçirilib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 30 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) bu ali təhsil müəssisəsinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin məzunu, Yaponiyanın Okinava Elm və Texnologiya Universitetinin Analiz və xüsusi törəməli diferensial tənliklər bölümünün professoru Uğur Abdulla ilə görüş olub.

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Tətbiqi riyaziyyat və kibernetika, Mexanika riyaziyyat, Biologiya, Fizika, Kimya, Geologiya, Coğrafiya və Ekologiya fakültələrinin professor-müəllim heyəti, tələbə və doktorantları iştirak ediblər.

Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı Ələkbər Əliyev qeyd edib ki, fakültədə kompüter elmləri, informatika müəllimliyi və informasiya təhlükəsizliyi ixtisasları üzrə yüksəkixtisaslı kadrlar hazırlanır. Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin məzunları dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycanda uğurla fəaliyyət göstərir, yüksək vəzifələrdə çalışırlar. Belə məzunlardan biri hesablama riyaziyyatı və optimal idarəetmə sahələrində tanınmış riyaziyyatçı, Yaponiyanın Okinava Elm və Texnologiya Universitetinin Analiz və xüsusi törəməli diferensial tənliklər bölümünün professoru Uğur Abdulladır. Uğur Abdulla Bakıda yazıçı Gülhüseyn Hüseynoğlunun ailəsində doğulub boya-başa çatıb. Gənc yaşlarından riyaziyyat, fizika olimpiadalarında və idmanda qazandığı nailiyyətləri ilə seçilib. Sərbəst güləş üzrə Azərbaycan çempionu və milli komandanın üzvü olub. 21 yaşında namizədlik, 27 yaşında doktorluq elmi dərəcələrini alan Uğur Abdulla 28 yaşında BDU-nun professoru olub. O, Kolmoqorov tərəfindən 1928-ci ildə qoyulmuş məşhur açıq məsələni həll edib. Uzun illər ərzində Böyük Britaniyanın, Almaniyanın və Amerika Birləşmiş Ştatlarının nüfuzlu universitetlərində professor vəzifəsində çalışıb.

Daha sonra söz professor Uğur Abdullaya verilib. O, “Kolmoqorov problemi və elliptik və parabolik tip tənliklər üçün sonsuzluqda Viner meyarı” mövzusunda məruzə edib. Qeyd edilib ki, riyaziyyatın üsulları biologiya, kimya, fizika və digər sahələrdə bir çox məsələlərin həllində tətbiq olunur.

Tədbirin sonunda BDU məzunu tələbələrin suallarını cavablandırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Oktyabr 2025 20:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see502

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see229

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see221

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see208

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see207

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see199

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see198

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see195

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see193

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see183

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see179

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see176

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see173

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see171

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see155

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see154

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see151

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see149

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see143

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri