Icma.az
close
up
RU
BDU nun müəllimi: On bir il ana dilində təhsil alan şagird öz fikirlərini akademik səviyyədə ifadə edə bilmir

BDU nun müəllimi: On bir il ana dilində təhsil alan şagird öz fikirlərini akademik səviyyədə ifadə edə bilmir

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 24 noyabr, Gülay Nəzərova, AZƏRTAC

Müstəqil ölkəmizdə aparılan dil quruculuğu Azərbaycan dilinin inkişafı üçün geniş imkanlar yaradıb. Lakin bu sahədə hüquqi baza təkmilləşmədikcə mövcud problemlər mütəxəssis və ziyalı müzakirələrinin çərçivəsindən kənara çıxmayacaq.

Bunu AZƏRTAC-a açıqlamasında BDU-nun Filologiya fakültəsinin dekan müavini, Ümumi dilçilik kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Anar Fərəcov deyib.

“Məlumdur ki, gənclərin ana dilini mənimsəməsi erkən yaşlardan başlayır. Bəkir Çobanzadənin dediyi kimi, əvvəlcə uşaqlara ana dili, sonra isə ədəbi dil öyrədilməlidir. Təəssüf ki, ölkəmizdə müasir intellektual səviyyəyə uyğun cizgi filmləri nə çəkilir, nə də dünyanın məşhur cizgi filmləri Azərbaycan dilinə tərcümə olunur. Bu sahədə ciddi problem açıq şəkildə görünür. Nəticədə hazırkı uşaqlar türk, rus və ingilis dillərindəki cizgi filmlərinə baxır və sonradan nitqlərində həmin dillərdən alınma sözlərdən istifadə edirlər”, - deyə A.Fərəcov qeyd edib.

O, bu gün ali məktəblərə qəbul olunan gənclərin Azərbaycan dilində danışıq və yazı səviyyələrinin məişət üslubunu aşmadığını deyib: “Müəllimlərin üzləşdikləri əsas problemlərdən biri də budur: On bir il ana dilində təhsil alan şagird bu gün öz fikirlərini Azərbaycan dilində akademik səviyyədə ifadə edə bilmir. Tələbələr imtahan suallarını yazılı şəkildə cavablandırarkən də fikirlərini elmi-ədəbi tələblərə uyğun formada təqdim etməkdə çətinlik çəkirlər. Buna görə də bizim fikrimizcə, Azərbaycan dili orta ümumtəhsil pilləsindən başlayaraq beynəlxalq normativlərə uyğun səviyyələr üzrə tədris olunmalı, mərhələlərarası ardıcıllıq təmin edilməli, ali məktəblərdə Azərbaycan dilini öyrənən tələbələr isə müəyyən bir səviyyədən başlayaraq gələcək peşəkar fəaliyyətləri üçün ana dilində yazmaq və danışmaq bacarıqlarını həmin səviyyəyə uyğun şəkildə inkişaf etdirməlidirlər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Noyabr 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see728

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see210

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see202

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see193

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see190

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see167

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see160

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see153

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see149

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see145

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see145

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see144

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see144

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see141

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see138

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri