Icma.az
close
up
RU
BDU nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

BDU nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 14 iyun, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyində “Gələcəyin şəhəri” adlı “Son zəng” tədbiri keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, universitetin rektoru Elçin Babayev məzunları təbrik edib, onlara uğurlar arzulayıb.

Rektor qeyd edib ki, “Gənc istedadlar” liseyi artıq 20 ilə yaxındır ölkəmizin elm və təhsil həyatına dəyərli töhfələr verir. Liseyin şagirdləri hər il müxtəlif beynəlxalq və yerli olimpiada və müsabiqələrdə uğurla çıxış edirlər. Bu il liseyin XI sinif şagirdi Elman Kərimli kimya fənni üzrə Respublika Fənn Olimpiadasının qızıl medalçısı olmaqla yanaşı, 60-cı Mendeleyev Beynəlxalq Kimya Olimpiadasında bürünc medal qazanıb. IX sinif şagirdi Fidan Həşimova kimya fənni üzrə Respublika Fənn Olimpiadasında qızıl, Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasında bürünc medal əldə edib. IX sinif şagirdi Alikamal Həsən riyaziyyat fənni üzrə Respublika Fənn Olimpiadasının gümüş medalçısı olmaqla yanaşı, Avropa Riyaziyyat Kubokunda da eyni mükafata layiq görülüb. Liseyin XI sinif şagirdi Ayan Abbasova Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində I yerə layiq görülüb və birinci dərəcəli diplomla təltif olunub. “Gənc istedadlar” liseyinin şagirdləri 2025/2026-cı tədris ilində keçirilən Respublika Fənn olimpiadalarında 3 qızıl, 4 gümüş və 4 bürünc olmaqla ümumilikdə 11 medal qazanıblar.

Rektor liseyin məzunlarının yüksək nəticələr göstərərək ölkəmizin adını daim yüksəldəcəklərinə əminliyini bildirib: “Məzunlarımız həmişə fəxr edəcəklər ki, məhz BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin yetirməsidirlər. Bu, onların sonrakı həyatında əhəmiyyətli rol oynayacaq”.

Bu il təhsil müəssisəsini 61 məzun bitirir. Onlardan 6-sı qızıl medala namizəddir. 27 nəfər isə liseyi fərqlənmə attestatı ilə başa vurur. Liseyin IX sinfini isə 65 nəfər bitirir. Onlardan 39-u fərqlənmə attestatı almağa namizəddir.

Tədbirdə tədrisdə fərqlənən, olimpiadalarda yer tutan şagirdlərə, liseyin qabaqcıl müəllimlərinə təşəkkürnamələr təqdim olunub.

Sinif rəhbərləri çıxışlarında məzunlara tezliklə tələbə adı qazanmağı və uğurları ilə ölkəmizin adını hər zaman ucaltmağı arzu ediblər.

Tədbir şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:302
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 İyun 2026 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see506

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see357

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see297

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see293

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see281

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see263

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see240

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see234

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see229

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see222

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see219

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see217

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see213

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see212

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see208

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see197

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see188

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see180

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri