BDU “QS BDU “QS dayanıqlılıq reytinqi 2025”in nəticələrinə görə Azərbaycanda birincidir
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Noyabrın 18-də Bakıda COP29 çərçivəsində dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “QS Quacquarelli Symonds” tərəfindən “QS Dünyanın ən yaxşı universitetlərinin reytinqi: dayanıqlılıq 2025”in rəsmi nəticələri elan edilib.
Bakı Dövlət Universiteti (BDU) böyük uğura imza ataraq “QS Dayanıqlılıq Reytinqi 2025” nəticələrinə görə Azərbaycanda lider mövqeyinə yüksəlib.
Bu barədə moderator.az-a BDU-dan məlumat verilib. Bildirilib ki, BDU ötən ilin nəticələri ilə müqayisədə “QS dayanıqlılıq reytinqi 2025” siyahısında 345-dən çox pillə irəliləyib və 941-950-ci diapazonda qərarlaşaraq, Azərbaycanda TOP-1000-ə daxil olan yeganə ali təhsil müəssisəsi olub. Sözügedən reytinq dünyada davamlı inkişaf sahəsi üzrə fəaliyyəti ilə seçilən ən yaxşı ali təhsil müəssisələrinin siyahısını müəyyən edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 19 Noyabr 2024 11:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















