Icma.az
close
up
RU
Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində “Başlanğıcda kəlam var idi… və musiqi, rənglər və düşüncələr“ adlı sərgi açılıb

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində “Başlanğıcda kəlam var idi… və musiqi, rənglər və düşüncələr“ adlı sərgi açılıb

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Vyana, 2 oktyabr, AZƏRTAC

Oktyabrın 2-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində “Başlanğıcda kəlam var idi… və musiqi, rənglər və düşüncələr“ adlı sərginin açılışı olub.

AZƏRTAC xəbər verir ki, sərgi Azərbaycan Mədəniyyət Mərkəzinin Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Dövlət Musiqi Mədəniyyəti Muzeyi, Azərbaycan Milli Elmlər Akademiyası və ADA Universiteti ilə əməkdaşlığı nəticəsində reallaşıb.

Sərginin mərkəzində Mirzə Qədim İrəvani, Üzeyir Hacıbəyli, Həsən bəy Zərdabi və Mirzə Fətəli Axundzadənin həyat və yaradıcılığı, onların Azərbaycan mədəniyyətinə bəxş etdikləri müasir baxışları, maarifçilik ideyaları dayanıb.

Sərginin açılışında çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova bildirib ki, sərgidə təqdim olunan şəxsiyyətlər Azərbaycanda milli-mədəni kimliyin formalaşmasında misilsiz xidmətlər göstəriblər. Azərbaycanda ilk dram əsərləri, milli teatr, milli mətbuat, milli opera, dəzgah rəssamlığı və bir sıra digər istiqamətlər üzrə ilklər məhz bu şəxsiyyətlərin adı ilə bağlıdır.

L.Qasımova, həmçinin qeyd edib ki, bu il, eyni zamanda sərgidə təqdim olunan görkəmli şəxsiyyətlərin ikisinin – Üzeyir Hacıbəylinin 140 və Mirzə Qədim İrəvaninin 200 illik yubileyi, Həsən bəy Zərdabinin əsasını qoyduğu Azərbaycan milli mətbuatının isə 150 illik yubileyidir.

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Şirin Məlikova çıxışında XIX əsr milli təsviri sənətimizin inkişafında müstəsna rol oynamış Mirzə Qədim İrəvaninin ömür yolu və yaradıcılığından danışıb.

O qeyd edib ki, rəssam bir çox sahələri əhatə edən yaradıcılığında klassik Şərq miniatürü və xalq sənətinin zəngin ənənələrini Avropa realist boyakarlığının nailiyyətləri ilə ahəngdar şəkildə birləşdirərək orijinal üslub formalaşdırıb. Azərbaycan təsviri sənəti tarixində yeni mərhələnin başlanğıcını qoyan M.Q.İrəvaninin zərif koloritli naxışlarla və ornamentli şəbəkələrlə işlənmiş, dərin bədii-estetik təsir gücünə malik tabloları, monumental portret və kompozisiyaları kamil sənət nümunələri kimi bu gün də yüksək dəyərini qoruyub saxlayır.

Diqqətə çatdırılıb ki, bu sərgi Mirzə Qədim İrəvaninin əsərlərinin Avropada ilk təqdimatıdır.

Sərgidə, həmçinin Azərbaycan Milli elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan “Azərbaycan“ qəzeti (1918-ci il nüsxələri), “Məktəb“ jurnalı (1916-cı il nüsxələri) və “Babayi-Əmir“ jurnalı (1915-ci il nüsxələri) nümayiş olunub, həmçinin ADA Universiteti tərəfindən buraxılmış kitablar sərgilənib.

Sərgidə görkəmli şəxsiyyətlər barəsində audiobələdçi təqdim olunub və sərgi iştirakçıları mobil telefonlarda QR kod vasitəsilə müxtəlif dillərdə (Azərbaycan, alman, ingilis, türk və italyan) ətraflı məlumat əldə ediblər.

Qeyd edək ki, sərgi oktyabrın 4-də Avstriya Teleradiosunun (ORF) təşəbbüsü ilə keçirilən “Muzeylərin uzun gecəsi“ layihəsi çərçivəsində geniş ictimaiyyətə təqdim olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Oktyabr 2025 23:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see234

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see229

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see217

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see183

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see181

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see159

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see159

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see145

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see141

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see139

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see139

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see135

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see134

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see134

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see133

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see130

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri