BDU tələbələri üçün “Müsahibəyə hazırlıq” mövzusunda təlim
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin təşkilatçılığı ilə Dövlət Məşğulluq Agentliyinin Mərkəzi karyera filialının əməkdaşı Xanoğlan Sadiqin “Müsahibəyə hazırlıq” mövzusunda təlimi keçirilib.
Universitetdən XQ-yə bildirilib ki, təlimin məqsədi tələbələrə işə qəbul prosesinin vacib mərhələlərindən biri olan müsahibədə uğurlu nitq üslublarını öyrətmək, onların özünüifadə, təqdimat və ünsiyyət qabiliyyətlərini inkişaf etdirmək, işəgötürənlərin gözləntiləri və qiymətləndirmə meyarları barədə məlumat verməkdir. Təlimdə müsahibənin növləri və formatları, müsahibə zamanı verilə biləcək əsas sualların məzmunu, namizədin təqdimat tərzi barədə müzakirələr aparılıb.
İştirakçılara düzgün bədən dili və səs tonunun seçilməsi, stresin idarə olunması və özünəinamın qorunması kimi məqamlara dair tövsiyələr verilib. Qeyd edilib ki, müsahibə zamanı inamlı çıxış və peşəkar davranış uğurlu nəticənin açarıdır. Təlimçi həmçinin vurğulayıb ki, uğurlu müsahibənin əsas şərtlərindən biri namizədlərin müraciət etdikləri müəssisə və vəzifə barədə öncədən araşdırma aparması və öz bacarıqlarını həmin tələblərə uyğun formada təqdim etməsidir.
Təlim zamanı praktik müsahibə mühiti yaradılıb və tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:21
Bu xəbər 13 Noyabr 2025 16:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















