Ermənistanda faydalı qazıntıların kəşfiyyatı üçün geoloji kəşfiyyat xidməti AÇILACAQ
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Ermənistan hökuməti faydalı qazıntıların kəşfiyyatı üçün geoloji kəşfiyyat xidməti açacaq.
Redaktor.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin ərazi idarəetməsi və infrastruktur nazirinin müavini Asatur Vardanyan İrəvanda keçirilən "Mining Armenia" forumunun kuluarlarında bildirib.
Onun sözlərinə görə, hazırda nazirlik xarici geoloji tədqiqatların təcrübəsini öyrənir:
"Biz gələcəkdə irimiqyaslı geoloji kəşfiyyat layihələrinin sifarişçisi olmaq, yataqları müəyyən etmək və onları xarici investorlara təklif etmək istəyirik".
İnvestorları cəlb etmək üçün nazirlik faydalı qazıntı ehtiyatlarının qiymətləndirilməsi standartlarına da dəyişiklik etməyi planlaşdırır. Sovet dövrünə əsaslanan hazırkı standartın Avstraliyanın JORC standartı ilə əvəzlənməsi nəzərdə tutulub.
Forum çərçivəsində İqtisadiyyat Nazirliyi ilə Mədən-Metallurgiya Şirkətləri İttifaqı arasında əməkdaşlıq memorandumu imzalanıb. O cümlədən bəziləri 15-20 ildən sonra tükənə biləcək mövcud mədənlərin dəyişdirilməsi məsələsi müzakirə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 03 Oktyabr 2025 20:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















