Icma.az
close
up
RU
BDU və “Azersun Holding” əməkdaşları arasında görüş olub

BDU və “Azersun Holding” əməkdaşları arasında görüş olub

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 22 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş mərkəzi ilə “Azersun Holding” MMC-nin nümayəndələri arasında onlayn formatda görüş keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, görüşün məqsədi universitetlə aparıcı işəgötürən qurumlar arasında əməkdaşlığı genişləndirmək, tələbə və məzunların məşğulluq imkanlarını artırmaq və onların peşəkar inkişafına dəstək göstərmək olub.

Görüşdə Karyera və məzunlarla iş mərkəzinin əməkdaşı Pərvanə Babayeva “Karyera kompası” layihəsi haqqında ətraflı məlumat verib. O bildirib ki, layihənin əsas məqsədi tələbələri əmək bazarının tələb və təklifləri ilə yaxından tanış etmək, sahə üzrə vacib bacarıqları müəyyənləşdirməkdə onlara dəstək olmaq, praktiki təcrübə imkanı yaratmaqdır. Layihə III-IV kurs tələbələri üçün nəzərdə tutulub və dörd istiqamət üzrə həyata keçiriləcək: sahəvi bacarıqlar təlimi, işəgötürənlərlə infosessiyalar, infoturlar və təcrübəyə yönləndirmə.

“Azersun Holding” MMC-nin Təlim və inkişaf şöbəsinin müdiri Vəfa Əsədova şirkətdə mövcud vakansiyalar və təcrübə proqramlarının BDU-nun Kimya, Ekologiya və torpaqşünaslıq, Biologiya fakültələrinin tələbələri üçün perspektivli olacağını bildirib. O, “Azersun Holding”in gənc mütəxəssislərin inkişafına xüsusi önəm verdiyini və universitetlərlə əməkdaşlıq çərçivəsində tələbələr üçün müxtəlif praktik öyrənmə imkanları yaratdığını vurğulayıb.

Tərəflər tələbə və məzunlar üçün birgə infotur və təlimlərin təşkili istiqamətində əməkdaşlığın inkişaf etdirilməsi barədə razılığa gəliblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:308
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Oktyabr 2025 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see581

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see535

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see395

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see305

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see280

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see266

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see246

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see243

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see243

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see238

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see221

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see214

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see214

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see211

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see208

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see207

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri