ADAU əməkdaşları “Azersun Holding”də təcrübə keçiblər
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gəncə, 28 avqust, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Baytarlıq təbabəti fakültəsinin dörd müəllimi “Azersun Holding”də istehsalat təcrübəsində iştirak edərək sertifikatlarla təltif olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təcrübə zamanı onlar şirkətin Bakı ofisində və Kürdəmir aqrokompleksində fəaliyyət prinsipləri, idarəetmə təcrübəsi və aqrar sahədə tətbiq edilən müasir yanaşmalarla tanış olublar.
Layihənin növbəti mərhələsi isə tələbələri əhatə edəcək. Belə ki, əvvəlcə onlar üçün tanışlıq turu keçiriləcək, ardınca seçim imtahanı vasitəsilə 15 nəfər müəyyən ediləcək və seçilmiş gənclər “Azersun Holding”də 1 illik istehsalat təcrübəsinə cəlb olunacaqlar. Proqram çərçivəsində tələbələrin bilik və bacarıqlarının inkişafı, həmçinin gələcəkdə işlə təmin olunmaları və müxtəlif mükafatlarla həvəsləndirilmələri nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 28 Avqust 2025 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















