Icma.az
close
up
RU
BDUda “Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində növbəti görüş keçirilib AZƏRTAC

BDUda “Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində növbəti görüş keçirilib AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 10 dekabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) və Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının “Heydər Əliyev mühazirələri” birgə layihəsinin növbəti qonağı Milli Məclisin deputatı professor Hikmət Babaoğlu olub.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, Azərbaycanda gənclər siyasətinin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub, onun rəhbərliyi ilə gənclərin inkişafı və vətənpərvər ruhda tərbiyəsi dövlətin əsas məqsədlərindən biri kimi müəyyən edilib. 2003-cü ildən sonra Azərbaycanda gənclər siyasəti mahiyyətcə yeni mərhələyə yüksəlib. Ölkədə gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması, dövlət orqanlarında gənclərin üstünlük təşkil etməsi göstərir ki, Prezident İlham Əliyev gənclərlə bağlı siyasətə xüsusi həssaslıqla yanaşır.

Milli Məclisin deputatı professor Hikmət Babaoğlu isə bildirib ki, Azərbaycanın indiki uğurlarının təməlində məhz Ulu Öndərin dövlətçilik və azərbaycançılıq ideologiyası dayanır. Bu ideologiya xalqın rifahına, milli kimlik şüurunun oyanmasına xidmət edir. Ölkəmizdə böyük ziyalı ordusunun yaranmasında Ümummilli Liderin danılmaz rolu olub.

Deputat vurğulayıb ki, Azərbaycanın bu gün uğurla həyata keçirilən neft strategiyasının, iqtisadi və balanslaşdırılmış xarici siyasətinin əsasları da məhz Ulu Öndər tərəfindən qoyulub: “Ulu Öndər Heydər Əliyev milli dövlətçiliyin sarsılmaz əsaslarını yaratmağa, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz xarakter almasına nail oldu. Ümummilli Liderin 1993-cü ildə yenidən hakimiyyətə gəlməsi xalqımızın nicatına yol açdı, Azərbaycan parçalanmaq təhlükəsindən qurtularaq güclü bir dövlətə çevrildi”.

Tədbirin sonunda qonaq gənclərin mövzu ilə bağlı suallarını cavablandırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Dekabr 2024 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri