BDYPİ sürücülərə müraciət edib: Dəmir yolu keçidlərində ehtiyatlı olun!
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Dəmir yolu keçidlərində təhlükəsizlik qaydalarına əməl olunmaması ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.
XQ xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, Salyan-Salmanlı dəmir yolu sahəsində qorunmayan keçiddə “Mercedes” markalı avtomobilin sürücüsü relslər üzərində məcburi dayandığından hərəkətdə olan qatarla toqquşma baş verib. Sürücü son anda avtomobili tərk edə bilib. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə və dəmir yolu təsərrüfatına ciddi ziyan dəyib.
BDYPİ sürücüləri dəmir yolu keçidlərində yol nişanlarının, svetoforların, şlaqbaumların və keçid növbətçilərinin göstərişlərinin tələblərinə əməl etməyə, qatarın yaxınlaşmadığına əmin olduqdan sonra hərəkətə davam etməyə çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 13 Oktyabr 2026 09:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















