Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

Bədavi Hüseynovla müsahibə: Qarabağ təslim olmamaq nümunəsidir

Bədavi Hüseynovla müsahibə: Qarabağ təslim olmamaq nümunəsidir

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Qarabağ"ın kapitanı Bədavi Hüseynov artıq 15 ildir Ağdam klubunun formasını geyinir. Təcrübəli müdafiəçi bu müddət ərzində komandanın qazandığı çox sayda uğurun əsas simalarından birinə çevrilib. 35 yaşlı futbolçu uzun illərdir həm meydanda, həm də komandanın daxilində liderlərdən biri kimi çıxış edir.

Bədavi Hüseynov komandanın heyətindəki dəyişikliklər, yeni futbolçuların uyğunlaşması, gənc oyunçularla münasibətləri, baş məşqçi Qurban Qurbanovla uzun illərdir davam edən əməkdaşlığı və karyerası barədə Oxu.Az-ın suallarını cavablandırıb.

- "Qarabağ"da artıq 15-ci mövsümünüzdür. Belə uzun müddətdə bu formanı geyinmək sizin üçün nə ifadə edir?

- Bu, artıq mənim 15-ci mövsümümdür. Bu müddət ərzində bu formanı geyinmək mənim üçün böyük şərəf və qürurdur. "Qarabağ" sadəcə futbol klubu deyil, mənim üçün heç vaxt təslim olmamaq nümunəsidir. "Qarabağ"ın tarixi ilham verir. Doğma stadionunu itirdikdən sonra onlar ruhdan düşmədilər, əksinə, daha da gücləndilər və dünyanın hər yerindən milyonlarla azarkeşi öz ətraflarında birləşdirdilər.

- Bu mövsüm heyətdə ciddi dəyişikliklər oldu. Yeni futbolçuların komandaya uyğunlaşmasını necə qiymətləndirirsiniz?

- Həqiqətən də, heyətdə ciddi dəyişikliklər baş verdi. Bu, futbolda tez-tez baş verir. Müəyyən uğurlu nəticələrdən sonra heyəti qoruyub saxlamaq çətin olur. Futbolçuların uyğunlaşmasına gəlincə, bu proses hər kəsdə fərqli keçir. Kimsə artıq ilk oyunlardan nəticə verir, kiməsə isə məşqçinin bütün tələblərini başa düşmək üçün bir qədər daha çox vaxt lazım olur. Biz də öz tərəfimizdən onların ilk günlərdən özlərini rahat hiss etmələri üçün hər şeyi edirik. Ən vacibi onların komandanın xeyri üçün işləmək istəyidir. Bir-birinə uyğunlaşma isə mütləq oyunlar vasitəsilə gələcək.

- Kapitan kimi komandada gənc futbolçularla münasibətiniz necədir? Onlara ən çox hansı məsləhətləri verirsiniz?

- Hamı ilə dostluq münasibətlərimiz var, eyni zamanda, tələbkar münasibətlərimiz də var. Bunlar olmadan uğur qazanmaq mümkün deyil. Əlbəttə, ilk növbədə özüm işə münasibətimlə nümunə olmalıyam. Çox vaxt şəxsi nümunə sözlərdən belə daha vacib olur. Onlara əsas məsləhətim budur: bu vaxtın qədrini bilin. Futbolçunun karyerası çox qısadır, bizim səhvlərimizdən dərs çıxarın. Kim bunu daha tez anlayıb böyüsə, futbolda daha böyük zirvələrə çatacaq.

- Uzun illərdir Qurban Qurbanovla işləyirsiniz. Onun hansı xüsusiyyəti sizi hələ də təəccübləndirir?

- Biz artıq çox uzun illərdir birlikdə işləyirik, amma Qurban müəllim təəccübləndirməkdə davam edir. İlk növbədə onun işə olan sadiqliyi və göstərilən etimadı yüksək dəyərləndirməsi insanı heyrətləndirir. İkincisi, komanda böyük zəfərlər qazandıqdan sonra belə o dəmir intizamı qoruyub saxlamaq və yeni motivasiya tapmaq bacarığıdır. Xüsusilə vurğulamaq istəyirəm ki, Qurban müəllim oyunçunun gizli potensialını kəşf etmək və onun karyerasına yeni nəfəs verməyi çox yaxşı bacarır. "Qarabağ"a tanınmadan gələn neçə-neçə futbolçu buradan Avropa səviyyəli ulduz kimi ayrılıb.

- Artıq 35 yaşınız var. Karyeranızın sonuna yaxınlaşdığınızı hiss edirsiniz, yoxsa hələ uzun illər oynamaq istəyirsiniz?

- Bu qərarı gec-tez hər kəs verməli olur və bu, həqiqətən də, emosional baxımdan çətindir. Biz 6-7 yaşımızdan bütün həyatımızı bu oyuna həsr edirik və özünü futbolsuz təsəvvür etmək çox çətindir. Əminliklə deyə bilərəm ki, yaş artdıqca bu vaxta fərqli qiymət verməyə başlayırsan, hazırlığa, qidalanmaya, bərpaya daha çox vaxt ayırırsan. Məşqçi tez-tez zarafat edir: "Nəhayət, əsl peşəkar olursan və futbolu yaxşı başa düşürsən, artıq karyeranı bitirməyin vaxtıdır" (gülür). Nə qədər ki, rəqabət apara, fayda verə bilirəm və sağlamlığım imkan verir, oynayacağam.

- 12 il əvvəl "Tvente"yə qarşı oynayan "Qarabağ"ın heyətindən bu gün yalnız siz qalmısınız. Həmin oyunları xatırlayırsınız?

- Bəli, həmin vaxtı çox yaxşı xatırlayıram. Həm mənim, həm də klub üçün bunlar çox vacib oyunlar idi. O vaxt biz Avropada böyük addımlar atmağa yeni başlayırdıq və bu, qrup mərhələsinə tarixi çıxış idi. Həmin oyun göstərdi ki, sistemimiz, intizamımız və baş məşqçimizin fəlsəfəsi ən yüksək səviyyədə işləyir.

Qeyd edək ki, Bədavi Hüseynov "Qarabağ"la birlikdə 11 Azərbaycan çempionluğu və 5 ölkə kuboku qazanıb, müxtəlif illərdə klubun avrokuboklardakı tarixi yürüşlərinin iştirakçısı olub. O bu illər ərzində "Qarabağ"ın heyətində 267 oyuna çıxıb və 5 qol vurub.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 08 Sentyabr 2026 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see641

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see517

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see466

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see340

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see332

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see317

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see296

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see284

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see273

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see259

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see248

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see240

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see216

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see214

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see213

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see212

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see200

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see198

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see194

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri