Icma.az
close
up
RU
Bədəndən gələn bu 3 qoxu ilə 3 xəstəliyinizdən xəbər verir DİQQƏT!

Bədəndən gələn bu 3 qoxu ilə 3 xəstəliyinizdən xəbər verir DİQQƏT!

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Adətən, kəskin bədən qoxusu pis gigiyena əlaməti hesab olunur. Təəssüf ki, ehtimalın doğruluq payı 80%-i keçir.  Amma  elə qoxular var ki, orqanizmin daxilində gedən proseslərdən “danışır”. 

Qoxu nədən xəbər verir?

Şübhəsiz ki, bütün dostlarınızın özünəməxsus bədən qoxusuna öyrəşmisiniz. Bəzən bir insanla ilk görüşdə belə, dərhal onunla ünsiyyəti dayandırmaq istəyirik. Çünki onun qoxusunu heç sevmirik. Bəzən isə kiminsə qoxusu ilk saniyələrdən simpatiya oyadır. Və bu xüsusi bədən qoxusu həyat boyu, demək olar ki, dəyişmir.

İdman zamanı və ya istidə, aktiv tərlədiyimiz zaman bədəndə qoxu arta bilər. Duşdan sonra, bütün tər və dəri piyi bədəndən yuyulduqda, bu qoxu azalır. Ancaq o, heç vaxt tamamilə yox olmur. Bəzi insanlar  bədən qoxusunu ətir və ya dezodorantların qoxuları arasında gizlətməyə öyrəşib. Başqa sözlə, onların çoxu öz qoxularını da unudur... Bunda qəbahət yoxdur; hamı qəfil odekolon və ətirdən istifadəni dayandırsa, yayda qoxuların qarışmasından avtobuslarda nəfəs almaq mümkün olmayacaq. 

Ancaq qoxu  bədənimiz haqqında çox şey deyə bilər, hətta hansısa xəstəliyin başlamasının “həyəcan siqnalı” ola bilər. Əgər adi qoxu birdən-birə kəskin şəkildə dəyişibsə, bu, orqanizmin kimyəvi tərkibindəki dəyişikliyi göstərir. Bu cür siqnalları gözardı etmək olmaz!

Xəstəliklərin qoxuları

1. Turş qoxu. Həmişə xəstəlikdən danışmır, bəlkə də, siz bol ədviyyatlı yemək yemisiniz, yaxud son zamanlar rasionunuzda ədviyyatın və sarımsağın miqdarı artıb.  Ancaq bəzən bu, tireotoksikozun əlaməti ola bilər. Belə ki, orqanizmdə tiroid hormonlarının sintezi artır, nəticədə, tər vəziləri aktivləşir və çoxlu tər ifraz olunur. Üstəlik, sürətlə kökəldiyinizi düşünürsünüzsə, yaxud əhvalınızın tez-tez dəyişdiyini hiss edirsinizsə, bu, endokrinoloqla əlaqə saxlamaq üçün bir səbəbdir.

2. Sidik qoxusu. Tərdəki ammonyak qatılığının artması səbəbindən ortaya çıxan xüsusi qoxudur. Belə dəyişikliklər böyrək və ya qaraciyər  xəstəliklərindən hər hansı birinin başlanmasından xəbər verir. Bu iki orqandan biri düzgün işləmirsə, o zaman bədən toksinləri başqa yollarla - məsələn; tərlə çıxarmağa çalışır. Əgər ağızdan ammonyak iyi gəlməyə başlayırsa, bu, mədə xorası yaradan Helicobacter pylori bakteriyası ilə yoluxmanın nəticəsi ola bilər. Bu cür qoxu ilə rastlaşsanız, böyrəklər bir nefroloq, mədə və qaraciyər isə qastroenteroloq və ya hepatoloq tərəfindən yoxlanılmalıdır.

3. Sirkə qoxusu.  Bədəndə yağların böyük həcmdə parçalanması səbəbilə tərlə çıxan aseton kimi qoxuyur. Həmişə kök olan insan qəfildən arıqlamaq qərarına gəlib, idmanla məşğul olmağa başlayırsa, bədən əmələ gələn bütün asetonu böyrəklər vasitəsilə çıxara bilmir. Nəticədə, tərlə ifraz etməyə çalışır. Sirkə qoxusu diabetin də əlaməti ola bilər. Mədəaltı vəzi insulin istehsal etmədiyi üçün beyində qlükoza çatışmır və o, yağları parçalamaq üçün siqnallar göndərir. Diabet xəstəliyi orqanizmdən şirin və ya sitrus, ananas, çürük alma qoxusunun yayılmasına səbəb bilər. Bu, tər və sidiklə təkcə asetonun deyil, həm də qlükozanın sərbəst buraxılması ilə əlaqədardır.  Günün müəyyən saatlarında qoxunun artıb-azalması da müşahidə edilirsə, şəkərli diabetdən şübhələnnəyə dəyər. 

4. Fərqli qoxular. Alimlərin fikrincə, yaşla bağlı geniş yayılmış xəstəliklərin, məsələn; Alzheimer və Parkinson xəstəliklərinin də özünəməxsus qoxusu ola bilər. Bədən kimyasındakı dəyişikliklərə görə, Alzheimer çovdar çörəyi və ya maya, Parkinson isə müşk qoxusu verə bilər. 

5. Bal qoxusu. Bu xoş ətir sizi aldatmamalıdır;  çünki  meningit, sinüzit, otit, abses və pnevmoniyaya səbəb ola biləcək olduqca təhlükəli bir bakteriyanın qoxusudur. Bu bakteriyalar antibiotiklərə davamlıdır  və onları dərmanlarla məhv etmək çətindir, ona görə də, müalicə uzun və çətin olacaq. 

6. Balıq qoxusu. Bu qoxunu başqa qoxu ilə qarışdırmaq çətindir. Bəzən nadir bir genetik xəstəlik nəticəsində meydana çıxır.  Lakin əksər hallarda bu qoxunun qaynağı vaginadakı bakterial infeksiya olur. Xəstəlik törədicisi olan bakteriyalar cinsi orqanlarda həmişə mövcuddur, ancaq immunitet  aşağı düşəndə və ya orqanizmdə turşu-qələvi balansı pozulduqda aktivliklərini artırlar. Beləcə, meydana kəskin balıq qoxusu çıxır. 

7. Turşumuş xəmir qoxusu. Bu, ciddi bir xəstəliyin-Norveç qaşınmasının təzahürüdür. Xəstəlik immunitetin azalması və ya yaşla əlaqəli  demansiyanın  fonunda baş verə bilir. Törədicisi qaşınma gənəsidir. Xəstəlik əksər hallarda ağır formaya keçməsə də, turşumuş xəmir qoxusuna diqqət yetirməyə dəyər. \\Oxu24.com

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 02 Noyabr 2025 00:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see353

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see314

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see266

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see244

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see220

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see210

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see196

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see193

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see180

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see158

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see157

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see156

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see155

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see154

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see148

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see145

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see138

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see137

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri