Bədəni yanan biryaşlı Tunarın anası: Ona ən böyük ad günü hədiyyəsi dərmanlarının alınması olar
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Biryaşlı Tunarın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Fədayə İsmayılzadə məlumat verib.
O bildirib ki, övladı oktyabrın 18-də ehtiyatsızlıq səbəbindən yanıb:
"Tunar 2023-cü ilin noyabr ayında dünyaya gəlib. Ötən il oktyabrın 18-də o, qaynar su dolu termosu üzərinə aşıraraq bədənini yandırıb. Onun bir ayağı və qolu tamamilə yanıb. Həmin gün biz Bakıda yerləşən xəstəxanalardan birinə yollandıq, orada müalicəyə başladıq. Hazırda evimizdəyik, müalicələri etməyə isə imkanımız yoxdur".
Gənc ana övladının müalicəsi üçün yardımsevər şəxslərə səslənib:
"Tunarın mazları və dərmanlarını almaq üçün hazırda 700 manata ehtiyacımız var. Mazları istifadə etmədikcə yaraları açılır. Uşaqdır, ağrı olduqca qaşıyıb, yaralarını açır. Yardımsevər şəxslərdən bizə dəstək olmağı xahiş edirəm".
Ailə ilə əlaqə: (077) 518-30-03.
"Unibank": 5243 7544 3875 1834
Baxış sayı:105
Bu xəbər 02 Yanvar 2025 11:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















