Icma.az
close
up
RU
Bədənimiz “burada” olsa da... Heç nəyi dəyişməsək, nə olacaq?

Bədənimiz “burada” olsa da... Heç nəyi dəyişməsək, nə olacaq?

Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kulis.az Gültəkin Cəfərovanın "Həyatı görməyi nə vaxt unutduq?" yazısını təqdim edir.

“Keçmiş yaddaşdır, gələcək isə düşüncədir. Həyat isə yalnız indi baş verir. İndiki anı yaşamaqdan başqa, həyatı yaşamağın başqa yolu yoxdur”.
Ekhart Toll “İndinin gücü”


Gündəlik həyatın qaçhaqaçında bir anlıq dayanın, dərin bir nəfəs alın və özünüzdən soruşun: Mən hazırda haradayam və nə hiss edirəm? Ümumiyyətlə, mən nə istəyirəm? Hazırda ehtiyacım olan nədir: istirahət, sakitlik, hərəkət, söhbət, təklik? Mən hisslərimi qəbul edirəm, yoxsa onlardan qaçmağa çalışıram?
İstədiyim şey mənim istəyimdir, yoxsa məndən gözləniləndir? Əgər heç kim məni mühakimə etməsəydi, nəyi fərqli edərdim? Uşaqlıqda görmək istədiyim mənlə indiki mən arasında hansı fərqlər var? Belə yaşamağa davam etsəm, gələcəkdəki mən bugünkü məndən razı qalacaqmı?
Bu suallara səmimi cavab verməyə çalışın. Ola bilsin ki, cavablarınız sizi bir anlıq oyandırsın. Amma bu oyanış nə qədər davam edəcək? Bəlkə də, cəmi bir neçə dəqiqə. Məsələ də elə bundadır. Bir anlıq fərqində olmaq yetərli deyil. Əsas məsələ həmin fərqindəliyi gündəlik həyatımızda davam etdirməkdir. Çünki bunu etməsəniz, çox keçmədən yenə köhnə həyatınıza qayıdacaqsınız. Eyni vəziyyətləri təkrar-təkrar yaşayacaq, yenə telefonunuza, işinizə, qayğılarınıza və tələsik həyatınıza qapılacaqsınız. Bəlkə də, çoxdan arzuladığınız bir həyatın içindəsiniz. Amma təəssüf ki, uzun zamandır bunun fərqində deyilsiniz. Bəs heç nəyi dəyişməsək, nə olacaq?
Səhər içdiyimiz qəhvənin dadını bilməyəcək, gəzdiyimiz küçələrin gözəlliyini görməyəcək, sahib olduqlarımızın necə böyük dəyərə malik olduğunun fərqinə varmayacağıq. Həyatı sanki avtopilot rejimində yaşayacağıq. Bədənimiz “burada” olsa da, zehnimiz ya keçmişin peşmanlığında, ya da gələcəyin qayğılarında olacaq.
İnsan ya keçmişdə baş verən bir hadisəni yenidən yaşayır, deyilən sözləri təkrar-təkrar xatırlayır, “kaş ki, belə etməzdim” deyə düşünür, ya da gələcəkdə baş verə biləcək bir hadisəni xəyalında yüz dəfə yaşayır. Hələ yaşanmamış bir davanın detallarını canlandırır, bəlkə də, heç vaxt baş verməyəcək bir hadisəyə görə narahat olur. Beləcə, həmin hadisə hələ baş verməmişdən əvvəl, onu düşünərkən indiki anlarımızdan imtina edirik.
Halbuki həyat nə keçmişdədir, nə də gələcəkdə.
Həyat məhz indidir.
Ekhart Toll bu fikri belə ifadə edir: "Keçmiş köhnə indiki anların zehində qalan xatirəsidir; gələcək isə xəyal edilən indiki andır. Biz keçmişi xatırlayanda da, gələcəyi xəyal edəndə də bunu məhz indi edirik".
Bu, keçmişə heç vaxt qayıtmamaq və ya gələcək haqqında düşünməmək demək deyil. Əksinə, insan məhz keçmiş təcrübələri üzərində formalaşır. Yaşadıqlarımızdan dərs çıxarmaq, səhvlərimizi təhlil etmək, onları yaddaşımızda saxlamaq vacibdir. Keçmişə baxmaq üçün indiki anı itirmək lazım deyil. Əsas fərq ondadır ki, keçmişə nə üçün müraciət edirik: ondan nəsə öyrənmək üçün, yoxsa orada ilişib qalmaq üçün?
Gələcəyi düşünmək, plan qurmaq da vacibdir. Amma plan qurmaq başqa şeydir, hələ baş verməmiş bir həyatı qorxu içində yüz dəfə yaşamaq başqa. Biz gələcək üçün hazırlıq görə bilərik, lakin gələcəyi yalnız o gələndə yaşaya bilərik.
Bəzən də sadəcə indiki andan qaçmaq üçün özümüzü başqa bir şeylə məşğul edirik. Telefon da bunun ən aydın nümunələrindən biridir. Telefonumuza baxmaq üçün əlimizi uzadanda, əslində, heç nə axtarmırıq. Sadəcə, özümüzlə tək qalmaqdan qaçırıq. Bir neçə saniyəlik boşluq yaranan kimi onu doldurmaq istəyirik. Növbədə dayanırıq – telefon. Liftə minirik – telefon. Yemək gözləyirik – telefon. Sanki həyatın özü ilə aramızda bir boşluq yaranan kimi dərhal onu ekranla doldururuq. Beləcə, yaşadığımız anı həqiqətən görmək əvəzinə, ondan bir az da uzaqlaşırıq.

Bəs çıxış yolu nədir? Necə olur ki, eyni həyatın içində olub onu fərqli şəkildə yaşamağa başlayırıq? Məncə, bunun cavabı fərqindəlikdədir.
Bu halı bəzən oyanış, bəzən fərqindəlik, bəzən isə şüurlu yaşamaq adlandırırıq. Fərqindəlik özümüzə suallar vermək, şüurlu yanaşmaq, oyanmaq, həyatın dadını çıxarmaqdır. Fərqindəlik bizə həyatın daxilində olduğumuzu hiss etdirir. Həyatın rənglərini yerinə qaytarır. Boz rəngin yerini qırmızı, sarı, yaşıl və digər rənglər tutur. Fərqində olmasaq, qazandıqlarımızın da dəyərini hiss edə bilmərik.

Bəs həyatın fərqində olmaq üçün nə etmək lazımdır? Mən də uzun müddət bunun üzərində düşündüm.
Hamı kimi mən də səhər işə gəlmək üçün erkən oyanır, yemək yeyir, işlərimi görməyə tələsirdim. Tələsirdim, çünki tələsmək də bir vərdişə çevrilmişdi. Geciksəm də, gecikməsəm də. Hər şeyi qaydasına qoyduqdan, yəni səhər rutinlərini yerinə yetirdikdən sonra işə tələsirdim. Yol boyu isə demək olar ki, heç nə görmürdüm. Çünki beynim bu rutinlərə öyrəşdiyi üçün hər işi mexaniki yerinə yetirirdim. Hətta yol gedərkən gözlərim qarşısındakı mənzərəni görsəm də, fikrim bir saat, bir gün sonra görəcəyim işlərin həlli ilə məşğul idi.
Piyada gəzəndə də eyni hal yaşanırdı. Fəsillər dəyişir, mən isə bu dəyişikliyi yalnız yeni fəsil başlayanda hiss edirdim. Sanki bir gün oyanır və qarşımdakı dünyaya təəccüblə baxırdım: bura nə vaxt belə dəyişdi? İşdə də eyni proses, eyni ardıcıl hərəkətlər...
Sonra anladım ki, problem yolun və ya həyatımın eyni olması deyildi. Problem mənim artıq onlara baxmamağım, onları görməməyim idi. Beynim hər şeyi tanış hesab etdikcə, artıq onlara diqqət yetirməyə ehtiyac duymurdu. Mən isə bu avtomatikliyi pozmaq üçün kiçik dəyişikliklər etməyə başladım.
Yolumu dəyişdim. Ətrafı görməyə başladım. Bu dəfə yol mənə əvvəlki kimi darıxdırıcı gəlmədi. Yemək yeyərkən telefona, televizora və ya kitaba baxmadım. Yeməyin rənginə, ətrinə və dadına tam diqqət yetirdim. İlk tikəni bir neçə dəfə çeynəyərək dadını çıxarmağa çalışdım.
Bəzən fikrim yenə dağılırdı. Amma fikrimin hara getdiyini fərq edən kimi, onu yenidən həmin ana qaytarmağa çalışırdım.
Hər gün gördüyüm insanlara, evdəki əşyalara və ya küçədəki ağaclara sanki onları həyatımda ilk dəfə görürmüş kimi baxmağa çalışdım. Hətta bəzən başqa ölkədə olduğumu təsəvvür edib beynimi bir növ aldatdım. Tanış küçələrə turist gözü ilə nəzər yetirdim.
Üzünə baxmadığım mənzərələrin nə qədər gözəl olduğunu fərq etdim. Təbiəti dinləməyə başladım. Səsləri bir-birinə qarışmış ümumi bir xor kimi yox, ayrı-ayrılıqda qəbul etməyə çalışdım. Biri ilə danışarkən cavab vermək üçün yox, sadəcə, onu anlamaq və səs tonundakı emosiyanı tutmaq üçün dinlədim.
Bu kiçik dəyişikliklərin nəyi dəyişdirdiyini isə günün sonunda hiss etdim. Həyatım bir anda başqa həyata çevrilmədi. İşim, yolum, evim, insanlar yenə eyni idi. Amma mən artıq onlara başqa cür baxmağa başlamışdım.
Nəticədə günün sonunda özümü zehni olaraq daha az yorğun və daha gümrah hiss etdim.
Ən əsası, həyatımı hadisələr yaşandıqdan sonra oturub kadrları analiz edən passiv bir izləyici kimi deyil, hər anı canlı hiss edən, indiki zamanın tam mərkəzində olan fəal iştirakçı kimi yaşamağa başladım.
Fərqindəlik həyatımıza yeni bir həyat gətirmir. Sadəcə, artıq içində olduğumuz həyatı bizə yenidən göstərir.

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər Musiqi plartformasından yeni qərar – Süni intellektlə bağlı Qız məktəbi açmaq üçün imperatora ağız açan mesenat - Ömər Faiq Nemanzadə onun haqqında nə yazırdı?
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://kulis.az
archiveBu xəbər 03 Sentyabr 2026 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see312

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see286

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see276

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see270

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see255

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see254

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see245

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see242

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see242

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see239

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see234

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see223

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see222

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see215

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see209

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see208

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see203

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see196

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see196

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri