Bədii gimnastika millisinin məşqçisi: Qazanılan medallar hazırlıqlarımızın nəticəsidir
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Şəki, 8 oktyabr, AZƏRTAC
Gimnastlarımız olduqca yaxşı çıxışlar nümayiş etdirə bildilər. Bu, bizim hazırlıqlarımızın nəticəsidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri bədii gimnastika üzrə gənclərdən ibarət Azərbaycan millisinin məşqçisi Marqarita Atanasova yığmanın III MDB Oyunlarındakı nəticələrini dəyərləndirərkən deyib.
O, nəticələrə görə sevincli olduğunu bildirib: “Təbii ki, qazanılan medallar səylərimizin nəticəsidir. Qızların mükafatçılar sırasında yer almasına görə çox xoşbəxtəm. Bu, həqiqətən də gözəl hissdir. Yarışlarda rəqabət çox yüksək səviyyədə idi. Bütün komandalar qalib gəlməyə, medal qazanmağa, bacardıqlarını maksimum göstərməyə çalışırdı. Bu, çox önəmlidir. Amma biz öhdəsindən gəldik. Önümüzdə hələ edilməli olan çox iş var. İşləməyə və nəticə verməyə davam edəcəyik”.
Qeyd edək ki, bədii gimnastika üzrə Azərbaycan millisi Oyunları 4-ü gümüş, 4-ü bürünc olmaqla ümumilikdə 8 medalla başa vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 08 Oktyabr 2025 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















