Icma.az
close
up
RU
BƏƏ də, yoxsa Türkiyədə?

BƏƏ də, yoxsa Türkiyədə?

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İndiyədək qarşı duran tərəflər və bütün dünya üçün böyüktəhdidlər yaradan Rusiya-Ukrayna müharibəsinindayandırılması, atəşkəsə nail olunması üçün müxtəlif təşəbbüslər göstərilsə də, arzulanan nəticəyə nail olunmayıb. Hər gün dinc insanların həyatlarını itirməsinə, mülki infrastrukturun, şəhər və kəndlərin dağılmasına səbəb olanamansız müharibə davam edir. Amerika Birləşmiş Ştatlarınınyeni administrasiyasının, şəxsən Prezident Donald Trampın müharibəni dayandırmaq səyləri, bu məqsədlə kritik qərarlarqəbul etməsi isə beynəlxalq ictimaiyyətdə sülhə və yaxudatəşkəsə nail olunacağına ümid yaradıb. 

Xüsusilə də ABŞ Prezidentinin elçisi Stiv Uitkoffun bugünlərdə Moskvada Rusiya Prezidenti ilə görüşündə aparılan müzakirələrdən sonratərəflərdən sülh danışıqları ilə bağlı müsbət siqnallargəlməkdədir. O cümlədən gələn həftə keçirilməsi gözlənilən Tramp - Putin - Zelenski görüşü sülhə gedən yolda bir başlanğıcola bilər.  

Diplomatiya tarixində nadir görüş  

Əvvəlcə onu bildirək ki, üçtərəfli formatda görüşün keçirlməsi barədə razılıq əldə edilənədək uzun və çətin yolkeçilib. Danışıqların mənasız olduğunu anlayan  D.Tramp Rusiyaya münasibətdə “yumşaq güc” taktikasını dəyişərək sərtritorikaya keçid edib. Onun Moskvanı sülhə məcbuetmətaktikasının məzmunu Rusiyaya və onun ən böyük ticarəttərəfdaşlarına yüksək gömrük rüsumlarının tətbiqini, sanksiyaların əhatə dairəsinin genişləndirlməsini, həmçininUkraynaya hərtərəfli dəstəyin artırılmasını özündə ehtiva edir. Əvvəlcə D.Tramp Rusiyanı yola gətirmək üçün geniş“səxavətlilik” göstərərək bu ölkəyə 50 gün vaxt tanıdığını bəyanetmişdi. Sonradan reallıqları nəzərə alan D.Tramp 50 günlükmöhlətin 10 günə endilməsi ilə bağlı qəti qərara gəldi. 

Rusiya üçün şərtlər ağır idi. İri ticarət tərəfdaşlarının əlavərüsumlarla hədələnməsi və yeni sanksiyaların anonsu, əslində, şimal qonşumuzun bütünlüklə iqtisadi blokadaya alınması, maliyyə mənbələrinin qapadılması və beləliklə də müharibəniaparmaq gücünün itirilməsi anlamına gəlir. Kreml bununfərqindədir və çıxış yolunu düzgün müəyyənləşdirməlidir. EləABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun bugünlərdə Moskvaya səfəri, Putinlə müzakirələr aparması da Rusiyanınmövqeyinin bir daha dəqiqləşdirilməsi məqsədi daşıyırdı. 

Manevr imkanı məhdud  olan Rusiyanın seçimi danışıqlarındavam etdirilməsi olub. Belə ki, xüsusi elçi ilə aparılan müzakirələrdə V.Putin D.Trampla görüşmək istəyini bildirib. Buxəbəri alan ABŞ Prezidenti görüşə razılığını verib. Hazırda isəartıq hm ikitərəfli, həm də üçtərəfli formatda görüşünkeçirilməsi gündəmə gəlib. Artıq  dünya mediası “ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putin vəUkrayna prezidenti Volodimir Zelenski  gələn həftə tarixiüçtərəfli görüş üçün bir araya gəlməyə hazırlaşır” xəbərinitirajlayır. Xəbəri ilk olaraq  “The New York Times” yayıb vəqeyd edib ki, bu sensasion plan artıq formalaşmamərhələsindədir. Məlumata görə, Tramp Vladimir Putinlətelefon danışığı aparıb. Danışıqlar zamanı o, gələn həftə birbaşa, üz-üzə görüşməyi təklif edib.

Rusiya tərəfinin ilkin cavabı müsbət olub və bu dialoqunbaş tutması artıq real sayılır. “The New York Times” və digərbeynəlxalq mənbələrin məlumatına görə, bu görüşdə yalnız üçşəxs iştirak edəcək: Tramp, Putin və Zelenski. Nə ABŞ övlətkatibi, nə Lavrov, nə də başqa rəsmi nümayəndələr masaarxasında olmayacaq. Bu, diplomatiya tarixinə özünəməxsus, nadir bir format kimi düşəcək. 

Tərəflərin mövqeyində yaxınlaşma

Bir vaxtlar Rusiya tərəfi  Zelenski ilə görüşünü istisnaedirdi. Bu da onunla əsaslandırılırdı ki, Zelenskinin prezidentlikmüddəti bitib və o daha legitim dövlət başçısı sayıla bilməz. Rusiya o mövqedən çıxış edirdi ki, Ukraynada yeni prezidentseçkiləri keçirilməlidir və qanuni hakimiyyətformalaşdırılmalıdır. Lakin Ukrayna konstitusiyası müharibədövründə ölkədə prezident seçkilərinin keçirilməsini istisna edirvə bu baxımdan Rusiyanın tələbinin yerinə yetirlməsimümkünsüz görünür. Üçtərəfli görüşün baş tutması o anlamagələcək ki, artıq ağır şərtlər qarşısında qalan Kreml Zelenskininlegitimliyini qəbul edir. 

Öz növbəsində Zelenski açıqlamalarında Moskvadanmüsbət siqnallar gəldiyinə işarə edib.  “ABŞ prezidentininxüsusi nümayəndəsi Stiv Uitkoffla danışıqlar zamanı Rusiyaindi Ukrayna ilə atəşkəs əldə etməyə daha çox meyilli olduğunugöstərib”. Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski müraciətində bildirib. 

Aİ prosesləri izləyir

Proseslərin dar çərçivədə cərəyan etdiyini düşünməksadəlövhlük olardı. Xarici nəşrlərin məlumatına görə,Trampçərşənbə günü Avropa liderləri və Ukrayna rezidenti VolodimirZelenski ilə telefon danışığı zamanı planlarını açıqlayıb. Söhbətə, həmçinin Böyük Britaniyanın aş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Merts, NATO-nun Baş katibi MarkRtte, həmçinin ABŞ-n vitse-prezidenti Ceyms Devid Vens, övlətkatibi Marko Rubio və Trampın xüsusi nümayəndəsi StivUitkoff da daxil olub. 

Bütövlükdə, proseslər Avropa İttifaqında (Aİ) ciddi şəkildəizlənilir. Bu günlərdə Avropa Komissiyasının (AK) sədri Ursulafon der Lyayen və Ukrayna Prezidenti Volodimir Zelenskitelefon danışığı zamanı Rusiya ilə sülh müqaviləsininbağlanması üçün növbəti addımları müzakirə ediblər. Bu barədəAK-nın  sədri “X” hesabında yazıb. “Avropanın mövqeyiaydındır. Biz Ukraynanı tam dəstəkləyirik, ədalətli və davamlısülhün təmin edilməsində fəal rol oynamağa davam edəcəyik”, - deyə  o qeyd edib.

Vaşinqtonun hələlik əlavə şərti yoxdur

ABŞ rezidenti Donald Tramp rusiyalı həmkarı VladimirPutinlə görüşmək üçün şərt irəli sürməyib. Tramp bu barədə AğEvdə jurnalistlərin suallarını cavablandırarkən danışıb. Trampəlavə edib ki, Vaşinqtonun Moskvaya qarşı bundan sonrakı addımları Rusiya Prezidentindən asılı olacaq.

Gələn həftə keçiriləcək görüşü gözləyən Vaşinqton Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə də tələsmir. ABŞDövlət Departamentinin mətbuat katibinin müavini TommiPiqott avqustun 8-də rəsmi Vaşinqtonun Rusiyaya qarşısanksiyalar tətbiq etmək niyyətini nə təsdiq, nə də təkzib edib. Piqott bu barədə brifinqdə müvafiq sualı cavablandırarkən bildirib. 

“Burada çoxlu fərziyyələr var. Mən bu barədə spekulyasiya etmək fikrində deyiləm”, - deyə o bildirib.

Görüş harada keçiriləcək?

Bəs Rusiya-Ukrayna müharibəsinin perspektivi baxımındanmühüm əhəmiyyət daşıyan görüş harada keçirləcək? RusiyaPrezidenti Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) amerikalıhəmkarı Donald Trampla görüş üçün münasib yerlərdən biriadlandırıb. V.Putin jurnalistlərlə söhbətində bildirib ki, bizim bucür tədbiri təşkil etməkdə kömək etməyə hazır olan çoxdostlarımız var. “Dostlarımızdan biri BƏƏ Prezidentidir. Düşünürəm ki, bu, münasib yerlərdən biri olardı”, - deyə Rusiyanın dövlət başçısı qeyd edib.

Görüşün Türkiyədə keçirilə biləcəyi də istisna olunmur. Ankara, şəxsən Prezident Rəcəb Tayyib Ərdoğan lap əvvəldənRusiya - Ukrayna müharibəsinin dayandırlmasına çağırışlar edib. Onun təşəbbüslərinin nəticəsi olaraq Rusiya və Ukrayna nümayəndə heyətləri indiyədək bir neçə dəfə Türkiyədə biraraya gəliblər. Bu təcrübə nəzərə alınmaqla növbəti görüşün dəAnkaranın ev sahibliyi ilə keçirilməsi istisna olunmur.

Mübariz FEYİZLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Avqust 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see347

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see252

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see245

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see222

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see221

Aqrar inkişafın yeni mərhələsi və ADAU nun tarixi missiyası

21 Avqust 2026 23:22see206

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see202

Ankarada mədəndə uçqun: yaralı sayı artdı

21 Avqust 2026 23:24see177

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see173

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

22 Avqust 2026 06:00see164

Günün fotosu: “Yabanı giləmeyvələr”in qara və yoğun tüstüsü

22 Avqust 2026 01:05see164

Paşinyan masaların altında gəzəndə... İş adamından açıqlama

22 Avqust 2026 01:44see161

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see160

Donald Tramp: Məqsədimiz raketlər deyil, Ukraynada sülhün təmin edilməsidir

22 Avqust 2026 01:43see159

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see159

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see158

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see156

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see155

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see151

Məşhur pişik Larrinin ölüm xəbəri Mark Tvenə məxsus sitatla təkzib olunub

22 Avqust 2026 06:53see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri