Moldova ilə yaşıl enerjinin ixracı və investisiyaların təşviqi imkanları barədə fikir mübadiləsi aparılıb AZƏRTAC
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 15 noyabr, AZƏRTAC
İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində Moldovanın energetika naziri Viktor Parlikovla görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirib ki, görüşdə ikitərəfli iqtisadi münasibətlərin mövcud vəziyyəti və inkişafı barədə müzakirələr aparılıb, alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsinin, dayanıqlı iqtisadiyyatın təşviqinin və biznes strategiyalarının geoiqtisadi tələblərə uyğun formalaşdırılmasının əhəmiyyəti vurğulanıb.
Görüş iştirakçıları ölkələrimizin iqtisadi əlaqələrinin səmərəliliyinin artırılması üçün mövcud imkanları nəzərdən keçirərək, sənaye, energetika, nəqliyyat sahələrində birgə fəaliyyətin perspektivlərini müzakirə ediblər. Yaşıl enerjinin ixracı və investisiyaların təşviqi imkanları barədə fikir mübadiləsi aparılıb.
Baxış sayı:82
Bu xəbər 15 Noyabr 2024 19:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















