Icma.az
close
up
RU
BƏƏ nin Bakıda səfirliyinin açılması münasibətləri daha da möhkəmləndirib POLİTOLOQ ŞƏRH ETDİ

BƏƏ nin Bakıda səfirliyinin açılması münasibətləri daha da möhkəmləndirib POLİTOLOQ ŞƏRH ETDİ

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Azərbaycan dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə davamlı töhfələr verən ölkələrdən biridir və bunun nəticəsidir ki, geniş İslam coğrafiyasında, o cümlədən də Birləşmiş Ərəb Əmirliklərində ölkəmizə böyük rəğbət bəslənilir. Son illərdə dövlətimizin başçısının Ərəb Liqasının mötəbər tədbirlərinə fəxri qonaq qismində dəvətlər alması da bunun əyani sübutudur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
Onun sözlərinə görə, Azərbaycan BMT, İslam Əməkdaşlıq Təşkilatı ilə yanaşı, digər regional və beynəlxalq qurumlar çərçivəsində də Birləşmiş Ərəb Əmirlikləri ilə sıx əməkdaşlıq edir. Təsadüfi deyil ki, əmirlik 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub. Bu dövrdən başlayaraq iki ölkə arasında əlaqələr müxtəlif sahələrdə inkişaf edib: "İllər ötdükcə, bu münasibətlər yüksəliş tendensiyasını qoruyub saxlayıb və son illər ərzində iki dövlət arasında ticarət nəzərəçarpacaq dərəcədə artıb. 2011-ci ildə isə BƏƏ-nin Bakıda səfirliyinin açılması münasibətləri daha da möhkəmləndirib. BƏƏ Prezidentinin 2024-cü ildə ilk xarici səfərini Bakıya etməsi isə yüksək xətlə inkişaf edən münasibətlərin kulminasiya nöqtəsi hesab edilə bilər. İndi də BƏƏ Prezidentinin Azərbaycana səfərinin iki ölkə arasındakı münasibətlərin daha da dərinləşməsində yeni səhifə açacağı şübhəsizdir. Səfər çərçivəsində imzalanan sənədlər də bunu sübut edir. Məlum olduğu kimi "Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə", işçi qüvvəsinin mütəşəkkil qaydada müvəqqəti işə cəlb olunması sahəsində əməkdaşlıq haqqında, nəqliyyat sahəsində əməkdaşlıq haqqında, enerji sahəsində əməkdaşlıq haqqında, turizm əməkdaşlığı haqqında, Azərbaycan-BƏƏ Birgə Biznes Şurasının yaradılması haqqında, 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasının icrası üzrə əməkdaşlıq haqqında və o cümlədən də yaşıl enerji zonalarında əməkdaşlıq haqqında Anlaşma Memorandumları imzalanıb. Bununla yanaşı "Bakı Gəmiqayırma Zavodu" MMC ilə "Əbu-Dabi Limanları Şirkəti" ASC arasında iki ədəd konteyner gəmisinin tikintisinə və satışına dair Müqavilə", "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə "Presight" şirkəti arasında təhsildə süni intellektin (Aİ) istifadəsinin artırılması sahəsində Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə XRG ASC arasında Cənub Qaz Dəhlizində investisiya haqqında Anlaşma Memorandumu" və "Azərbaycan İnvestisiya Holdinqi ilə "Əbu-Dabi inkişaf Holdinq Şirkəti" ASC arasında "Azər-Türk Bank"ın sərmayələşdirilməsi haqqında Anlaşma Memorandumu" imzalanıb.

Göründüyü kimi iki ölkə arasında siyasi dialoqun yüksələn xətt üzrə inkişafına adekvat olaraq ölkələrimiz qarşılıqlı maraqlar əsasında müxtəlif sahələr üzrə əlaqələri də genişləndirir. Təbii ki, xüsusilə də enerji sahəsində genişlənən əməkdaşlq məmnunluq doğurur. Abşeronda, Naxçıvanda, işğaldan azad olunmuş ərazilərdə böyük yaşıl enerji potensialına malik olan Azərbaycan bu sahənin inkişafına, bərpaolunan mənbələrdən enerji alınmasına xarici investisiyaların cəlb olunmasına güclü siyasi iradə nümayiş etdirir. İndiyədək Azərbaycanın Energetika Nazirliyi ilə ayrı-ayrı xarici şirkətlər arasında müxtəlif layihələr üzrə investisiya müqavilələri imzalanıb. Bu sırada BƏƏ-nin “Masdar” şirkəti də xüsusi yer tutur. Deyilənlər onu sübut edir ki, BƏƏ Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında həm diplomatik, həm iqtisadi, həm də digər sahələrdə yüksək xətlə inkişaf edən tendensiyanı dəstəkləyəcək və daha da inkişaf etdirəcək".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 Sentyabr 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri