Icma.az
close
up
RU
Azərbaycan Rusiya münasibətləri necə inkişaf edir? POLİTOLOQ ŞƏRH ETDİ

Azərbaycan Rusiya münasibətləri necə inkişaf edir? POLİTOLOQ ŞƏRH ETDİ

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Hesab edirəm ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər əvvəlki səviyyədə qalmaqdadır və bu, günün reallığıdır. İqtisadi və ticarət baxımından yanaşsaq, Rusiya Azərbaycanın ən böyük üçüncü ticarət tərəfdaşıdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard ABŞ dolları civarındadır və artıq bu rəqəmi keçdiyini də demək mümkündür: "Azərbaycanla regional əlaqələri ən çox olan ölkə də Rusiyadır. Rusiyanın təxminən 75 regionu müxtəlif sahələrdə Azərbaycanla əməkdaşlıq edir. Bu, həm Azərbaycanın iqtisadiyyatı, həm də həmin regionların iqtisadi inkişafı üçün əhəmiyyətlidir. Bildiyimiz kimi, Azərbaycan həm beynəlxalq münasibətlər sistemində, həm də iqtisadi əməkdaşlıq çərçivəsində yeni bir imic formalaşdırıb. Ərazi bütövlüyümüzü və suverenliyimizi effektiv şəkildə təmin etdikdən sonra, Azərbaycan həm siyasi, həm də iqtisadi-ticarət müstəvisində daha təsirli şəkildə iştirak edir. Düşünürəm ki, Azərbaycanın malik olduğu böyük potensial Rusiya ilə əməkdaşlığın daha da genişlənməsinə imkan verəcək. Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin vacib iştirakçısıdır. Ölkə ərazisində bu mühüm nəqliyyat layihəsinin komponentləri artıq işlək vəziyyətdədir. Bu, Azərbaycanın tranzit ölkə kimi nəqliyyat-logistika imkanlarını genişləndirir və gələcəkdə böyük coğrafiyada ticarət əlaqələrinə müsbət təsir göstərir.

Bundan əlavə, nəzərə almaq lazımdır ki, Rusiyada çox sayda azərbaycanlı yaşayır. Onların fəaliyyəti də bu əlaqələrin formalaşmasında mühüm rol oynayır. Bu yaxınlarda Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova mətbuat brifinqində bildirdi ki, Azərbaycan və Rusiya arasında hökumətlər səviyyəsində və Xarici İşlər Nazirlikləri səviyyəsində təmaslar mövcuddur. Mövcud məsələlər qarşılıqlı maraqlar nəzərə alınmaqla və hörmət çərçivəsində müzakirə olunur.

Rusiya tərəfinin bu cür yanaşması bir daha göstərir ki, Azərbaycan-Rusiya münasibətlərində ciddi bir böhran yoxdur. Düzdür, bəzən regiondan kənarda yerləşən müəyyən dairələr bu münasibətlərdə problemlərin olduğu görüntüsünü yaratmağa çalışırlar, lakin Mariya Zaxarovanın da qeyd etdiyi kimi, münasibətlər sabit qalır.

Azərbaycan istər region ölkələri ilə, istərsə də regiondan kənardakı dövlətlərlə əməkdaşlığın inkişafında maraqlıdır. Təbii ki, biz bu kontekstdə öz milli maraqlarımızı və qarşımızda duran məqsədləri əsas götürürük. Müstəqillik tariximiz də göstərir ki, biz həmişə öz maraqlarımızı və mövqelərimizi qoruyub saxlamağı bacarmışıq.

Bu baxımdan düşünürəm ki, perspektivdə Azərbaycan və Rusiya arasında əməkdaşlıq daha da inkişaf edəcək. Ticarət dövriyyəsinin genişlənməsi üçün imkanlar və perspektivlər mövcuddur. Rusiya rəsmilərinin Azərbaycana səfərləri, o cümlədən Rusiya Federasiyası Şurasının sədri Valentina Matviyenkonun və Moskva və Bütün Rusiyanın patriarxı Kirillin Azərbaycana səfərləri də bu təmasların davam etdiyini göstərir. Hesab edirəm ki, bu münasibətlər bundan sonra da davam edəcək və inkişaf edəcək. Rusiya ilə Azərbaycanın normal münasibətləri, bu münasibətlərin inkişaf meyilli olması və təmasların sıx olması həm Cənubi Qafqaz regionu, həm də daha geniş bir coğrafiyada mühüm əhəmiyyət kəsb edir. İki ölkə arasındakı məsələlər isə, Mariya Zaxarovanın da qeyd etdiyi kimi, mövcud təmaslar çərçivəsində müzakirə olunur".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 May 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see234

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see211

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see179

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see176

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see138

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see137

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see137

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see134

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see133

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see133

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see131

Mançester Siti nin futbolçusu hələ də Bundesliqa klubunun hədəfindədir

01 Yanvar 2026 00:47see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri