Icma.az
close
up
RU
BƏƏ: Sabitliyin dialoq vasitəsilə təmin olunmasını vacib hesab edirik

BƏƏ: Sabitliyin dialoq vasitəsilə təmin olunmasını vacib hesab edirik

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 5 mart, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) hökuməti Yaxın Şərqdə artan hərbi gərginlik fonunda ölkədə təhlükəsizlik, diplomatik fəaliyyət və iqtisadi sabitliklə bağlı vəziyyətə dair media brifinqi keçirib.

BƏƏ-nin Azərbaycandakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, brifinqdə Müdafiə Nazirliyi, Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq, İqtisadiyyat və Turizm, Daxili İşlər Nazirliyi, həmçinin Milli Fövqəladə Hallar, Böhranlar və Fəlakətlərin İdarə Edilməsi qurumunun nümayəndələri çıxış edərək görülən tədbirlər barədə məlumat veriblər.

Müdafiə Nazirliyinin rəsmi sözçüsü briqada generalı pilot Abdul Nasser Al Humaidi bildirib ki, ölkənin hava hücumundan müdafiə sistemləri yüksək hazırlıq vəziyyətindədir və müxtəlif hava təhdidlərinin qarşısının alınması üçün tədbirlər görülür. Onun sözlərinə görə, son günlər baş verən hadisələr fonunda müdafiə qüvvələri hava məkanının qorunması istiqamətində əməliyyat fəaliyyətini davam etdirir.

Beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Reem bint İbrahim Al Haşimi isə çıxışında BƏƏ-nin regionda gərginliyin azaldılmasının və münaqişələrin diplomatik yollarla həllinin tərəfdarı olduğunu vurğulayıb. Nazir qeyd edib ki, mövcud böhran fonunda BƏƏ beynəlxalq tərəfdaşlarla koordinasiyanı gücləndirir və sabitliyin dialoq vasitəsilə təmin olunmasını vacib hesab edir.

İqtisadiyyat və turizm naziri Abdulla bin Tuq Al Marri bildirib ki, ölkədə iqtisadi fəaliyyət sabit şəkildə davam edir. Onun sözlərinə görə, bazarlarda əsas məhsullar üzrə kifayət qədər strateji ehtiyat mövcuddur, təchizat zəncirləri normal fəaliyyət göstərir və qiymət sabitliyi nəzarətdə saxlanılır. Ölkə üzrə strateji ərzaq ehtiyatları bazarın tələbatını bir neçə ay müddətində təmin etməyə imkan verir və bazarların gündəlik monitorinqi aparılır.

Daxili İşlər Nazirliyinin sözçüsü, briqada generalı Abduləziz Al Əhməd ölkə üzrə təhlükəsizlik vəziyyətinin sabit olduğunu və hüquq-mühafizə orqanlarının yüksək hazırlıq rejimində fəaliyyət göstərdiyini qeyd edib.

Milli Fövqəladə Hallar, Böhranlar və Fəlakətlərin İdarə Edilməsi qurumunun rəsmi sözçüsü Dr. Saif Al Zahiri isə bildirib ki, bütün dövlət qurumları arasında koordinasiya gücləndirilib, əsas xidmətlər – enerji, su, nəqliyyat, səhiyyə və telekommunikasiya sistemləri fasiləsiz fəaliyyət göstərir.

Brifinqdə, həmçinin vurğulanıb ki, ölkədə gündəlik həyat normal şəkildə davam edir və bütün həyati əhəmiyyətli sektorların fəaliyyətinin davamlılığını təmin etmək üçün qabaqlayıcı planlar aktivləşdirilib.

Rəsmi şəxslər vətəndaşları və ölkədə yaşayanları məlumatları yalnız rəsmi mənbələrdən əldə etməyə və təhlükəsizlik təlimatlarına riayət etməyə çağırıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Mart 2026 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri