BƏƏ sahillərində dron hücumundan sonra 22 hindistanlı dənizçi xilas edilib
Icma.az bildirir, Azpolitika.az portalına istinadən.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) sahillərində dron hücumuna məruz qalan MT GEM No. 2 tankerindəki 22 hindistanlı dənizçinin hamısı xilas edilib.
"Report"un xəbərinə görə, bu barədə Hindistanın Dubaydakı Baş Konsulluğu məlumat yayıb.
"Konsulluq Göyərtəsində 22 hindistanlı dənizçinin olduğu MT GEM No. 2 tankeri ilə bağlı hadisədən məlumatlıdır. Onların hamısı xilas edilib və təhlükəsizdir", - diplomatik nümayəndəliyin açıqlamasında deyilir.
Daha əvvəl "The Indian Express" qəzeti Panama bayrağı altında üzən MT GEM No. 2 tankerinin BƏƏ sahillərində dron hücumuna məruz qaldığını xəbər verib.
Hadisənin səbəbləri araşdırılır.
Bu mövzuda digər xəbərlər:İranın dron hücumundan sonra BƏƏ də neft təsisatında yanğın olub
04 May 2026 20:05
Kipr sahillərində batan gəmidən 10 dənizçi xilas edildi
01 Noyabr 2026 11:21
BƏƏ sahillərində gəmiyə zərbə endirilib
09 Sentyabr 2026 14:09
BƏƏ də PUA hücumundan sonra liman fəaliyyətini məhdudlaşdırdı
14 Mart 2026 16:30
Azərbaycanlı şahmatçı BƏƏ də 22 ci yerdə
20 May 2025 11:03
Baxış sayı:143
Bu xəbər 11 Oktyabr 2026 14:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















