BƏƏnin naziri: Hadisələri proqnozlaşdırmaq üçün erkən xəbərdarlıq sistemləri yaradılmalıdır
Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Gələcəkdə baş verən hadisələri proqnozladırmaq üçün daha güclü erkən xəbərdarlıq sistemləri yaradılmalıdır.
"Report" xəbər verir ki, bunu BƏƏ-nin İqlim Dəyişikliyi və Ətraf Mühit naziri Amna bint Abdullah Al Dahak COP29 çərçivəsində baş tutan "Rio-Trio təşəbbüsü: Davamlı ekosistemlər üçün konvensiyalararası biliklərin artırılması" adlı tədbirdə deyib.
Nazir deyib ki, bu baş verdiyi halda siyasətçilər daha düzgün qərarlar qəbul edə biləcək:
"Bu da daha effektiv və hədəflənmiş cavaba gətirib çıxaracaq. Yalnız birlikdə işləməklə biz real təsir göstərə bilərik, çünki paylaşılan məlumatlar bir çox həlləri asanlaşdırır. Əməkdaşlığı gücləndirən sinergiyaları aşkar edə, resursların az qiymətləndirildiyi sahələri müəyyən edə və müxtəlif dövlət qurumları arasında problemlər haqqında daha ümumi anlayış yarada bilər. Biz həm də hesabatlılığı təmin etməliyik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 21 Noyabr 2024 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















