İran XİN rəsmisi: Azərbaycanla əlaqələrin inkişafına böyük önəm veririk
Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İran Azərbaycan Respublikası ilə əlaqələrin inkişafına böyük önəm verir. Rəsmi Tehran İranın qonşuluğunda - Cənubi Qafqazda sülhün və əmin-amanlığın dayanıqlı olmasında maraqlıdır.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmayıl Bəqai dekabrın 7-də Tehranda keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, İran və Azərbaycan arasında qonşuluq, tarixi və mədəniyyət əlaqələri mövcuddur. Bu amillər qarşılıqlı münasibətlərin inkişafını təmin edir.
Ölkəsinin diplomatik əlaqələri gücləndirməklə münasibətlərin inkişafına çalışdığını deyən İsmayıl Bəqai bildirib ki, bu gün İranın xarici işlər naziri Azərbaycana səfər edərək qarşılıqlı əlaqələrin inkişafı istiqamətində rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 07 Dekabr 2025 18:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















