Azərbaycan fintex sektorunda SupTech həllərinin tətbiqini genişləndirəcək
525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanda "SupTech" həllərinin tətbiqinin genişləndirilməsi nəzərdə tutulur.
525.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, qurumun sədr müavini Vüsal Xəlilov "Azərbaycan Fintex Assosiasiyası" (Azfina) İctimai Birliyinin nümayəndələri ilə görüş keçirib. Görüş zamanı III rübdə maliyyə texnologiyaları və ödəniş sektorunda əldə olunan nəticələr, fintex ekosisteminin qarşılaşdığı əsas çağırışlar və gələcək inkişaf prioritetləri ətraflı müzakirə olunub. Bununla yanaşı, rəqəmsal maliyyə xidmətlərinin inkişafı, ödəniş ekosisteminin təkmilləşdirilməsi və innovativ həllərin tətbiqi ilə bağlı məsələlərə toxunulub.
Görüşdə 2027-2030-cu illəri əhatə edəcək yeni strateji dövrün prioritetləri barədə də məlumat verilib. Qeyd olunub ki, yeni dövrdə nəzarət proseslərinin rəqəmsallaşdırılması məqsədilə "SupTech" həllərinin tətbiqinin genişləndirilməsi, süni intellektə əsaslanan nəzarət mexanizmlərinin formalaşdırılması, eləcə də maliyyə sektorunda innovasiyaların təşviqi prioritet istiqamətlər kimi müəyyənləşdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 17 Noyabr 2026 23:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















