Icma.az
close
up
RU
Behrudda səyyar qəbul

Behrudda səyyar qəbul

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli Biləv kənd İnzibati Ərazi Dairəsinin tərkibinə
daxil olan Behrud kəndində səyyari qəbul keçirib.

525.az xəbər verir ki, vətəndaşların müraciətlərinin yerində dinlənilməsi, qaldırılan problemlərin operativ şəkildə həllinə nail olunması məqsədilə təşkil olunan görüşdə İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, kənd icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli sakinləri salamlayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son illərdə əldə etdiyi mühüm nailiyyətlər  Abarədə geniş məlumat verib, yeni dünya nizamının formalaşdığı bir dövrdə ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmləndiyini qeyd edib. Bu xüsusda, ölkə başçısının 9 aprel 2025-ci il tarixində ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forumda səsləndirdiyi strateji fikirlərin və çağırışların ölkənin inkişaf strategiyasına, o cümlədən regional siyasətə birbaşa təsir göstərdiyi xüsusi vurğulanıb. Həmçinin 44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi Qələbə nəticəsində Azərbaycanın regionda əsas söz sahibi olan dövlətə çevrildiyi, hazırda isə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirildiyi bildirilib. İcra başçısı çıxışı zamanı Prezident İlham Əliyevin “Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır” bəyanatını bir daha xatırladaraq bu layihənin gerçəkləşməsinin həm Muxtar Respublikanın, həm də dəhlizin ilkin giriş qapısı sayılan Ordubad rayonunun sosial-iqtisadi inkişafına ciddi təkan verəcəyini bildirib. Bununla yanaşı, Azərbaycanla onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasını birləşdirən alternativ marşrutların, o cümlədən İran ərazisindən keçən nəqliyyat yollarının inkişaf etdirilməsinin gündəmdə olduğu və bu istiqamətdə də müvafiq addımların atıldığı diqqətə çatdırılıb.

Rayon İcra Hakimiyyətinin başçısı həmçinin “2023–2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində rayonda görülən işlərə toxunaraq, 2025-ci ildən etibarən nəzərdə tutulan tədbirlərin icrasının daha da sürətləndirildiyini bildirib. Bu istiqamətdə, Ordubad rayonunda mədən sənayesinin dirçəldilməsi, yol infrastrukturunun yenidən qurulması və digər sahələrdə genişmiqyaslı layihələrin həyata keçiriləcəyi, eləcə də rayonun gələcəkdə mühüm turizm mərkəzinə çevrilməsi üçün məqsədyönlü addımların atılacağı qeyd edilib.

Bununla yanaşı, Ordubadın zəngin tarixi-mədəni irsinin qorunması və qədim sənətkarlıq ənənələrinin dirçəldilməsi məqsədilə “Sərşəhər” məscidi, “Mədrəsə” binası və “Ərbabın evi” kimi tarixi tikililərin əsaslı şəkildə bərpa olunacağı və bu işlərin şəhərin yeni hazırlanmış baş planına uyğun şəkildə həyata keçiriləcəyi vurğulanıb.

Görüşün yekununda Behrud kənd sakinlərinin ümumi problemləri dinlənilib, məşğulluq, torpaq, yol, su təminatı, sosial müdafiə və ekoloji məsələlər üzrə qaldırılan müraciətlər yerində araşdırılıb və operativ həll mexanizmləri müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər isə nəzarətə götürülərək aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Sakinlər rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Aprel 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see383

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see377

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see339

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see328

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see320

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see294

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see278

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see265

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see262

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see256

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see253

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see252

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see251

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see242

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see238

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see236

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see210

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see208

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see206

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri