Natiq Cəfərli: Azərbaycanda median əməkhaqqı 580 590 manat civarındadır
Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İqtisadçı Natiq Cəfərli Azərbaycanda orta aylıq nominal əməkhaqqı və median əməkhaqqı göstəriciləri ilə bağlı açıqlama verib.
Gununsesi.info xəbər verir ki, iqtisadçı 2026-cı ilin yanvar-sentyabr aylarında ölkə üzrə orta aylıq nominal əməkhaqqının 1 172,7 manat təşkil etməsinə münasibət bildirib.
Cəfərli qeyd edib ki, orta aylıq əməkhaqqı hesabat dövründə ölkə üzrə hesablanmış əməkhaqqı fondunun muzdla çalışanların sayına və hesabat dövründəki ayların sayına bölünməsi ilə hesablanır.
Onun sözlərinə görə, açıqlanan 1 172,7 manat əməkhaqqının vergilər, sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta ödənişləri çıxılmamış, yəni brüt məbləğidir. Bu ödənişlər çıxıldıqdan sonra işçinin əlinə keçən vəsait təxminən 1 000 manat təşkil edir.
İqtisadçı median əməkhaqqı göstəricisinin isə Azərbaycanda rəsmi şəkildə açıqlanmadığını vurğulayıb.
O bildirib ki, median əməkhaqqı bütün muzdlu işçilərin maaşları artan sıra ilə düzüldükdə siyahının ortasında qərarlaşan məbləğdir. Başqa sözlə, bu göstərici işçilərin yarısının həmin məbləğdən az, digər yarısının isə çox əməkhaqqı aldığını ifadə edir.
Natiq Cəfərlinin fikrincə, dolayı hesablamalara əsasən, Azərbaycanda median əməkhaqqı orta aylıq nominal əməkhaqqının təxminən yarısına bərabərdir. Bu isə median maaşın 580-590 manat civarında olduğunu göstərir.
İqtisadçı hesab edir ki, bu göstərici ölkədə muzdla çalışanların təxminən yarısının 580-590 manatdan aşağı əməkhaqqı aldığını ortaya qoyur.
Cəfərli belə vəziyyəti əməkhaqqı səviyyəsi və yoxsulluq baxımından olduqca mənfi göstərici kimi qiymətləndirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 26 Noyabr 2026 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















