Icma.az
close
up
RU
Bəhruz Məhərrəmov: Azərbaycan və Rusiya arasında gərginlik milli maraqlarımızı ehtiva etmirdi

Bəhruz Məhərrəmov: Azərbaycan və Rusiya arasında gərginlik milli maraqlarımızı ehtiva etmirdi

Icma.az, Oxu.az saytına istinadən bildirir.

"Azərbaycan Respublikası bütün dünya dövlətləri, ələlxüsus yaxın qonşuları ilə münasibətlərini beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsiplər əsasında qurmağı sülh və əmin-amanlıq şəraitində yaşamağı özünün çoxvektorlu xarici siyasət kursunun əsas prioritetlərindən biri kimi müəyyən edib. Bu mənada Azərbaycan Hava Yollarına məxsus təyyarənin Rusiya Federasiyası Hərbi Hava Qüvvələri tərəfindən vurulmasının və rəsmi Moskvanın proseslərə qeyri-praqmatik münasibət sərgiləməsinin ardınca Azərbaycan və Rusiya arasında müşahidə olunan gərginlik milli maraqlarımızı ehtiva etmirdi və biz hər zaman dialoq yolu ilə gərginliyinin aradan qaldırılmasının tərəfdarı olmuşuq".

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, 2 gün öncə Azərbaycan Prezidentinin rusiyalı həmkarına doğum günü münasibətilə zəng etməsi, bu gün isə Düşənbədə Azərbaycan və Rusiya Prezidentlərinin təkbətək görüşü fonunda ölkələrimiz arasında gərginliyə yol açmış insidentlə bağlı ortaq məxrəcə gəlinməsi, daha dəqiq desək, Rusiyanın məsuliyyəti öz üzərinə götürərək, Federasiyanın Hərbi Hava Qüvvələrinin atəşi nəticəsində qəlpələrin təyyarəyə dəyməsini etiraf etməsi və kompensasiya ilə bağlı konseptual razılığa gəlməsi artıq aylardır ki, müşahidə olunan problemli situasiyanın aradan qalxması üçün tarixi imkandır:

"Sirr deyil ki, Azərbaycan beynəlxalq təcrübəyə və ümumtanınmış normalara əsaslanaraq cari razılığa gəlinməsi istiqamətində aylardır ki, qəti mövqe nümayiş etdirirdi. Lakin Rusiyanın ayrı-ayrı dairələrinin məsələyə yanlış rakursdan baxması və bəzi hallarda məqsədli şəkildə Bakı və Moskva arasında münasibətlərin gərginləşməsində maraqlı tərəf kimi çıxış etməsi situasiyanın arzuolunmaz istiqamətdə cərəyan etməsinə və ölkələrimiz arasında heç bir tərəfin milli maraqlarına cavab verməyən ritorikanın inkişafına gətirib çıxardı. Görünən odur ki, Rusiyada Azərbaycanla gərginliyə öz şəxsi ambisiyalarının realizəsi üsulu kimi baxan dairələrdən fərqli olaraq, Prezident Vladimir Putin yeni geosiyasi konfiqurasiyada Bakının artan rolunun fərqindədir və Azərbaycanla münasibətlərin kəskinləşməsinin ölkəsinə hər hansı formada fayda verməyəcəyini çox yaxşı başa düşür. Həqiqətən də reallıq ondan ibarətdir ki, Azərbaycan Respublikası qonşularına münasibətdə beynəlxalq hüququn ümumtanınmış normalarını rəhbər tutaraq davranır, öz ərazisindən hər hansı bir qonşu dövlətə, o cümlədən Rusiyaya münasibətdə üçüncü güclərin istifadəsinə heç vaxt imkan verməyib, digər dövlətlərin daxili yurisdiksiyasında olan məsələlərə qarışmaq niyyətində deyil, eyni zamanda da Azərbaycan dövlətinə və Azərbaycan xalqının maraq və mənafelərinə münasibətdə eyni yanaşmanı tələb edir".

"Şimal qonşumuzun aylar ərzində bu reallığa adekvat mövqe sərgiləmədiyi bir şəraitdə Azərbaycan Prezidentinin münasibətlərimizə xələl gətirmədən ölkəmizin maraq və mənafelərini qətiyyətlə müdafiə etməsi Moskvanın proseslərə baxışını dəyişməsinə səbəb oldu ki, bu da Azərbaycanın böyük diplomatik qələbəsi olsa da, Rusiyanın özünün də Cənubi Qafqazda maraqlarının təmini baxımından əlamətdar gediş sayıla bilər. Azərbaycan və Rusiyanın məsələyə dair uzlaşma əldə etdiyi bir vaxtda qarşıda dayanan əsas məqsəd razılaşmanın icrasına nail olmaq, habelə ayrı-ayrı güclərin, o cümlədən vətəndaş cəmiyyəti institutlarının, siyasətçilərin, jurnalistlərin, xüsusən Rusiyada aqressiv və radikal davranış tərzi ilə seçilən psevdo "beyin mərkəzlərinin" qızışdırıcı mövqe sərgiləməsindən çəkinməyə nail olmaq, yersiz bəyanatlara imkan verməməkdir. Unutmamalıyıq ki, Azərbaycanın haqlı tələblərinin yerinə yetirildiyi şəraitdə şimal qonşumuzla münasibətlərin gərgin saxlanılması və süni şəkildə situasiyanın mürəkkəbliyinin davamlılığında maraqlı görünmək heç bir tərəfə fayda verə bilməz", - parlamentari fikrini yekunlaşdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Oktyabr 2025 19:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri