Icma.az
close
up
RU
Bəhruz Quliyev: “Jozep Borrell Fransanın törətdiyi cinayətlərə haqq qazandırır”

Bəhruz Quliyev: “Jozep Borrell Fransanın törətdiyi cinayətlərə haqq qazandırır”

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

" Azərbaycanın COP29 kimi mötəbər beynəlxalq tədbirə uğurla ev sahibliyi etməsi bəzi beynəlxalq təşkilatları, eləcə də Fransa, Hollandiya kimi dövlətləri ciddi narahat edir. Ona görə də hər cür qərəzli açıqlamalar yaymaqla və fikirlər səsləndirməklə beynəlxalq konfransın uğurlarına kölgə salmağa cəhd edirlər". Bunu KİV-ə açıqlamasında "Səs" Media Qrupunun rəhbəri Bəhruz Quliyev deyib. Baş redaktor mövcud vəziyyətə əsaslanmaqla vurğulayıb ki, dünyada sülhün, təhlükəsizliyin və ətraf mühitin mühafizəsinə xüsusi önəm verən dövlətlər və xalqlar belə dairələrin Azərbaycana yönəlik qərəzli açıqlamalarına və hesabatlarına əhəmiyyətsiz yanaşmaqla ölkəmizin mövqeyini müdafiə edirlər: "BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında 196 ölkədən 72 min nəfər insanın qeydiyyatdan keçməsi tədbirin yüksək səviyyədə baş tutduğunu təsdiqlədi. Konfransın ilk gündən iqlim dəyişmələri və ekoloji problemlərlə bağlı geniş və əhatəli çıxışlar oldu, təklif və ideyalar irəli sürüldü. Bütün dünyanın diqqətinin Azərbaycanda olmasında ciddi narahat olan Fransa, Hollandiya kimi dövlətlər və onların təsiri altında olan beynəlxalq təşkilatlar tədbirin gözdən salınmasına uğursuz cəhdlər göstərirlər. Xüsusilə də, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell siyasi etikadan və prinsiplərdən kənar fikirlər səsləndirməklə qeyd edib ki, Avropadan kənar ölkələr cəngəllikdir və bu əraziləri vəhşi qanunlarla idarə etmək lazımdır. Bununla Jozep Borrell Fransanın, Hollandiyanın və digər Qərb dövlətlərinin cinayət əməllər törətdiyini və bu əməllərə seyirçi qalmaqda maraqlı olduqlarını nümayiş etdirir. Təsdiq edir ki, Avropa İttifaqı və şəxsən o Fransanın müstəmləkə altında saxladığı ərazilərdə xalqlara divan tutmasına, amansız vəhşiliklər törətməsinə haqq qazandırır. Bu isə birbaşa cinayəti törədən fərdlər və qruplarla ortaq olmaq deməkdir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 Noyabr 2024 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri