Icma.az
close
up
RU
Bel boy nisbəti ürək çatışmazlığının proqnozlaşdırılmasında effektiv göstəricidir ARAŞDIRMA

Bel boy nisbəti ürək çatışmazlığının proqnozlaşdırılmasında effektiv göstəricidir ARAŞDIRMA

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 22 may, AZƏRTAC

“HEART FAILURE 2025” konqresində təqdim edilən yeni araşdırma bel-boy nisbətinin (Waist-to-Height Ratio – WtHR) ürək çatışmazlığını (ÜÇ) proqnozlaşdırmaqda əhəmiyyətli göstərici olduğunu ortaya qoyur.

AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, piylənmə ÜÇ xəstələrinin əhəmiyyətli hissəsində müşahidə olunan risk faktorudur və bədən kütləsi indeksinin (BKİ) artması bu riskin yüksəlməsi ilə əlaqələndirilir. Lakin aparıcı tədqiqatçı, İsveçin Malmö şəhərində yerləşən Lund Universitetinin professoru Amra Jujiçin vurğuladığı kimi, BKİ piylənmənin ən geniş istifadə edilən ölçü vahidi olsa da, bu göstərici cinsiyyət və etnik mənsubiyyət kimi amillərdən təsirlənir və bədən yağının bölgüsünü nəzərə almır.

Jujiçin sözlərinə görə, bel-boy nisbəti mərkəzi piylənmənin, xüsusilə də visseral piy toxumasının zərərli təsirlərinin daha etibarlı göstəricisi hesab olunur. BKİ-nin bəzən paradoksal şəkildə ÜÇ nəticələri ilə əlaqəli olması görünsə də, bu hal WtHR üçün keçərli deyil. Bu səbəbdən tədqiqatçılar WtHR ilə ürək çatışmazlığının inkişafı arasındakı əlaqəni araşdırmağı məqsəd qoyublar.

Tədqiqatın əhatə etdiyi 1792 iştirakçı Malmö preventiv layihəsi çərçivəsində seçilib. İştirakçılar ilkin mərhələdə 45-73 yaş arasında olublar və onların təxminən üçdə birində normal qan qlükoza səviyyələri, üçdə birində acqarına qlükoza pozğunluğu, digərlərində isə diabet müşahidə olunub. Tədqiqat iştirakçıları orta hesabla 12,6 il müddətində izlənilib. Bu müddət ərzində 132 ÜÇ hadisəsi qeydə alınıb. İştirakçıların orta yaşı 67, qadınların payı isə 29 faiz olub. Ümumi median WtHR göstəricisi 0,57 (IQR 0,52–0,61) təşkil edib. Statistik təhlillər göstərib ki, daha yüksək WtHR göstəricisi, digər çaşdırıcı amillərdən asılı olmayaraq, ÜÇ riskinin əhəmiyyətli dərəcədə artması ilə əlaqələndirilir (HR=1,34; 95 faiz CI: 1,12–1,61; p=0,001). Ən yüksək WtHR kvartilində (median 0,65) olan şəxslərdə ÜÇ riski digər kvartillərlə müqayisədə 2,71 dəfə yüksək olub (95 faiz CI: 1,64–4,48; p

Tədqiqatın həmmüəllifi doktor Con Molvinin sözlərinə görə, median WtHR 0,5-dən xeyli yüksəkdir, bu isə yüksək kardiometabolik riskin göstəricisidir. İdeal hesab olunan nisbət bel ölçüsünün boyun yarısından az olması, bu riski azaltmaq üçün hədəf ola bilər.

Sonda A.Jujiç belə nəticəyə gəlir: “WtHR insident ürək çatışmazlığının əhəmiyyətli bir proqnozlaşdırıcısı olaraq qiymətləndirilə bilər. Eyni zamanda, bu göstərici, piylənməyə qarşı müalicələrdən faydalana biləcək ÜÇ xəstələrinin müəyyən edilməsində BKİ-dən daha faydalı ola bilər. Növbəti mərhələdə biz bu nəticələri daha geniş əhali üzərində təkrar yoxlamağı və WtHR-nin digər kardiometabolik pozuntularla əlaqəsini araşdırmağı planlaşdırırıq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 May 2025 06:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see201

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see181

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see169

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see131

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see127

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see126

Sançez: İspaniya Qəzzaya sülhməramlı qüvvə göndərə bilər

08 Yanvar 2026 15:37see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri