Icma.az
close
up
RU
Ürək çatışmazlığının simptomları və müalicəsi

Ürək çatışmazlığının simptomları və müalicəsi

Icma.az, Saglamolun portalına istinadən məlumat verir.

Son illər Azərbaycanda ürək-damar xəstəlikləri epidemioloji xarakter daşıyır və yayılma sürəti artır.

Gündəlik həyatımızda tez-tez şahidi olur, mətbuatdan oxuyuruq ki, filankəs ürək çatışmazlığından dünyasını dəyişib, filankəs yatıb, durmayıb – səbəbi ürək çatışmazlığıdır. Nədir bu ürək çatışmazlığı, insanlar hansı yaşda bu xəstəliyə düçar olur? Xəstəliyin yaranma səbəbləri hansılardır, onun müalicəsi varmı?

Ürək çatışmazlığı və onun simptomları barəsində "Şərq"ə danışan kardioloq Kəmalə Abdullayevanın sözlərinə görə, ürək orqanizmdə nasos funksiyasını yerinə yetirir,  qanın orqanizm boyu dövr etməsini təmin edir:

"Qan orqanizmin fəaliyyəti və yaşaması üçün lazım olan oksigen və qidalı maddələri orqan və sistemlərə çatdırır. Ürəyin nasos funksiyası pozulduqda ürək çatışmazlığı inkişaf edir. Ürək çatışmazlığı xroniki və ya kəskin ola bilər.

Xroniki ürək çatışmazlığı ürək-damar sistemi xəstəlikləri nəticəsində uzun müddət ərzində inkişaf edir.

Kəskin ürək çatışmazlığı qəflətən inkişaf edir. Az bir müddət ərzində xəstədə təngnəfəslik artır, nəfəsalma tezləşmiş, fışıltılı olur, arterial təzyiq kəskin artır, dəri göyərir, dodaqlarda çəhrayı köpük əmələ gələ bilər. Bu vəziyyət insanın həyatı üçün çox ciddi təhlükə yaradır. Xəstə dərhal reanimasiyaya yerləşdirilməlidir. Kəskin ürək çatışmazlığının səbəbi miokard infarktı, ağciyərlərdə tromb, güclü allergik reaksiya, ağır infeksiya və s. ola bilər.

Xroniki ürək çatışmazlığı zamanı simptomlar uzun müddət ərzində inkişaf edir və vaxt keçdikcə güclənir. Əvvəllər bu simptomlar yalnız fiziki gərginlik zamanı, daha sonra isə hətta istirahət zamanı meydana çıxır".

Kardioloqun sözlərinə görə, xroniki ürək çatışmazlığının əsas  simptomları ayaqlarda, topuq nahiyələrdə, bəzən qarında şişkinlik və orqanizmdə mayenin yığılmasına görə çəkinin artmasıdır. Eyni zamanda təngnəfəslik, öskürək,  ürək döyüntüsünün tezləşməsi, yorğunluq, zəiflik, başgicəllənməsi, diqqətin zəifləməsi və s. başqa əlamətləridir:  

"Ürək çatışmazlığı inkişaf etdikcə sadaladığımız simptomlar daha güclü olur. Ürək çatışmazlığının ilk simptomları meydana çıxdıqda dərhal kardioloqa müraciət etmək lazımdır. Kardioloq bu pozulmanın səbəbini aşkar edəcək və xəstəyə lazım olan müalicə təyin edəcək. Müalicə olunmayan ürək çatışmazlığı insanın ölümünə gətirib çıxarda bilər. Ürək çatışmazlığı olan insan daim kardioloqun nəzarətində olmalı, hər 3-6 aydan bir lazım olan müayinələr keçməli və müalicə almalıdır. Pəhriz, müalicəvi bədən tərbiyəsi də belə xəstələr üçün çox vacibdir".

Həkimin sözlərinə görə, ürək çatışmazlığının qarşısını almaq üçün düzgün qidalanma, kifayət qədər fiziki aktivlik, pis vərdişlərdən imtina etmək çox vacibdir. 

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:396
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 01:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see327

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see281

Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Video

20 Sentyabr 2026 14:09see274

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see265

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see259

Özümü dəfn edib, yaşamağı bacaran adamam

20 Sentyabr 2026 12:26see258

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see249

Bir həftədə Moskvaya 2 mindən çox PUA ilə hücum cəhdi edilib

20 Sentyabr 2026 06:17see246

Olqa Buzova əməliyyatdan qalan izlərini gizlətdiyini açıqladı

20 Sentyabr 2026 05:14see223

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

20 Sentyabr 2026 05:14see217

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see217

Ağdamda quyudan kişi meyiti tapılıb

20 Sentyabr 2026 14:58see215

“Namaz qılmaq istəyirəm...”

20 Sentyabr 2026 21:52see207

Veyplər və erkən saç ağarması: həkimlər bir əlaqə görürlər, amma...

20 Sentyabr 2026 21:20see205

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

20 Sentyabr 2026 23:39see190

Berlin meri türk ola bilər

20 Sentyabr 2026 23:34see190

REM yuxusu 83 xəstəliyin daha aşağı riski ilə əlaqələndirilir: araşdırma

20 Sentyabr 2026 20:37see183

Türkiyədə Kaşif Kozinoğlunun ölümü ilə bağlı daha 4 nəfər saxlanılıb

20 Sentyabr 2026 06:02see176

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see176

Qarabağda 3 867 sakin məşğulluğa cəlb edildi

20 Sentyabr 2026 13:28see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri