Belarus millisinin futbolçusu Azərbaycanda oynaya bilər agenti açıqladı
Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Belaruslu yarımmüdafiəçi Pavel Sedkonun agenti Valeri Rusetski, futbolçusunun bir sıra futbol klublardan, o cümlədən Azərbaycandan maraqlananların olduğunu bildirib.
Sportal.az “Шчыры футбол” portalına istinadən xəbər verir ki, belaruslu agent Sedko barədə bunları deyib:
“Rusiya Birinci Liqası (FNL), Qazaxıstan, Azərbaycan və Serbiya klubları Pavelə maraq göstərir. Başqa variantlar da var, amma mən onlar haqqında danışmaq istəməzdim. Çin və Cənubi Koreya klublarının Sedko ilə maraqlanması barədə məlumatlar həqiqətə uyğun deyil. Bunlar uydurmadır”.
27 yaşlı yarımmüdafiəçi “Dinamo”(Brest), “Rux”(Brest), “Torpedo”(Moskva), “Qomel”, “Dinamo”(Minsk), “Torpedo”(Jodino) klublarında, həmçinin Belarus millisində oynayıb. Onun “Torpedo” ilə müqavilə müddəti dekabrın 31-də başa çatacaq.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 27 Noyabr 2025 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















