Müharibənin coğrafasiyası genişlənir: Belarus istiqamətində gərginlik
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ukrayna-Rusiya müharibəsində hərbi əməliyyatların intensivliyi artmaqda davam edir. Tərəflərin qarşılıqlı hücumları, Rusiyanın Ukrayna şəhərlərinə endirdiyi raket zərbələri və Kiyevin Rusiya ərazisində hərbi hədəflərə qarşı əməliyyatları fonunda münaqişənin yeni mərhələyə keçdiyi müşahidə olunur.
Son günlər Belarus istiqamətində artan gərginlik isə müharibənin coğrafiyasının genişlənə biləcəyi ilə bağlı narahatlıqları daha da gücləndirib.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan siyasi şərhçi Əhməd Şahidov deyib ki, hazırda Belarus cəbhəsində də gərginlik sürətlə artır. Onun sözlərinə görə, Belarus-Ukrayna qarşıdurması ehtimalı artıq beynəlxalq gündəmin əsas müzakirə mövzularından birinə çevrilib:
“Ukrayna artıq təkcə özünü müdafiə edən tərəf deyil, eyni zamanda Rusiyanın hərbi infrastrukturunu hədəf alan və təşəbbüsü ələ almağa çalışan ölkə kimi çıxış edir. Bu amillər müharibənin yeni coğrafiyaya yayılması riskini artırır”.
Müsahibimiz qeyd edib ki, ABŞ-nin vasitəçiliyi ilə aparılan danışıqlar indiyədək real nəticə verməyib. Ukrayna ilə Rusiya arasında dialoq perspektivləri olduqca aşağıdır:
“Münaqişənin həlli yalnız vasitəçilər vasitəsilə deyil, tərəflərin birbaşa siyasi dialoqu və birbaşa görüşləri nəticəsində mümkün ola bilər. Vaşinqton üçün Ukrayna-Rusiya müharibəsi artıq əvvəlki prioritet statusunu itirib. ABŞ-nin diqqətinin digər qlobal çağırışlara yönəlməsi də sülh prosesinin irəliləməsini çətinləşdirən əsas amillərdən biridir”.
Əhməd Şahidov: Kiyev və Minsk arasında gərginlik gözlənilən idi
Ə.Şahidovun sözlərinə görə, ilk anlardan Rusiyanın Belarus cəbhəsindən aktiv istifadə edəcəyi bəlli idi. Rusiyaya yönəlik PUA-ların zərərsizləşdirilməsində Belarus havadan müdafiə sistemlərindən istifadə olunur:
“Belə olan halda Kiyev və Minsk arasında gərginlik gözlənilən idi. Ehtimal ki, Belarus cəbhəsindən Ukraynaya hücum olarsa, Ukrayna sərt şəkildə cavab verəcək”.
Aydın Baxış
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 30 İyun 2026 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















