Icma.az
close
up
RU
Belarus Parlamentinin sədri Azərbaycan Belarus Gənclər Forumu nun iştirakçılarını qəbul etdi FOTOLAR

Belarus Parlamentinin sədri Azərbaycan Belarus Gənclər Forumu nun iştirakçılarını qəbul etdi FOTOLAR

Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının reallaşdırdığı "Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində Azərbaycandan gələn nümayəndə heyətini qəbul edib. 

Görüşdə Azərbaycan tərəfdən - Azərbaycan Respublikasının Belarus Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyev, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov, "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, "PR Azərbaycan” Gənclər Araşdırma Mərkəzinin rəhbəri Müşfiq Hüseynov, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azxeber Media Qrupunun rəhbəri Hacıbəy Heydərli iştirak ediblər. 

Belarus tərəfdən - Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova, Respublika Şurasının beynəlxalq məsələlər və milli təhlükəsizlik üzrə daimi komissiyasının sədri Sergey Aleynik, Respublika Şurasının beynəlxalq məsələlər və milli təhlükəsizlik üzrə daimi komissiyasının üzvü Aleksandr Lukyanov, media nümayəndələri iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan xanım Natalya Koçanova Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında olan xoş münasibətlərin uzun illərə və tarixə söykəndiyini dedi: "Bu gün biz dövlətlərarası münasibətlərimizin strateji tərəfdaşlıq xarakteri daşıdığını xüsusi məmnuniyyətlə qeyd edirik. Təbii ki, bu, liderlərimizin apardığı siyasət sayəsində mümkün olub. Onlar hər şeyi edirlər ki, əlaqələrimiz inkişaf etsin, qarşılıqlı faydalı olsun, xalqlarımız dost olsun”.

Sonra Azərbaycan Respublikasının Belarus Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyev çıxış edərək Azərbaycan-Belarus əlaqələrinin inkişafından danışdı: "Prezidentlərimiz bir-birinə hörmət edir, bir-birini qardaş hesab edirlər. Biz isə dost olmağa, problemləri problemsiz həll etməyə çalışmağa borcluyuq. Azərbaycan səfirliyi hər zaman gənclərin yanında olub və olacaq və bizdən asılı olanı nə varsa, hamısını reallaşdıracağıq".

Daha sonra Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov çıxış edərək ASGA-nın QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə reallaşdırdığı "Azərbaycan-Belarus Gənclər Forumu"ndan danışdı: "İlk dəfədir ki, biz belə bir Forum reallaşdırırıq. Hesab edirik ki, bu Forum konkret istiqamətlər üzrə davam etməli, növbəti mərhələ Bakıda reallaşmalıdır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurlu gənclər siyasəti həyata keçirilir. Hesab edirik ki, bizdə doğma olan Belarus gəncləri ilə çox işlər görə bilərik".

"İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı çıxış edərək Azərbaycan-Belarus əlaqələrindən, bu əlaqələrin perspektivlərindən danışdılar: "Bu gün ölkələrimiz arasında olan münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Hər iki ölkədə gənclər siyasəti dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu baxımdan hesab edirəm ki, Azərbaycanla belarus arasında gənclər siyasəti sahəsində əməkdaşlığın böyük potensialı var". 

Sonra Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azxeber Media Qrupunun rəhbəri Hacıbəy Heydərli çıxış edərək hər iki ölkə gəclərinin media sahəsində əməkdaşlıq perspektivlərindən danışdı: "Bu gün media dünyanın ən güclü silahına çevrilib. Belə bir yeniləşən dünyada informasiya təhlükəsizliyi, dezinformasiya ilə mübarizə, sosial medianın cəmiyyətə təsiri və bu kimi mövzular daha da aktullaşır. Hesab edirəm ki, hər iki ölkə gəncləri bu Forum çərçivəsində, növbəti mərhələdə birgə konfranslar, təlimlər, dəyirmi masalar reallaşdırmalıdırlar".

Sonda Belarus Parlamentinin sədri Natalya Koçanova və Azərbaycan Respublikasının Belarus Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyevin iştirakı ilə Belarus Ümumrespublika Gənclər Şurası ilə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası və "İslahatçı Gənclər” İctimai Birliyi arasında əməkdaşlıq memorandumu imzalandı. 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 20 İyun 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see165

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see159

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see144

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see134

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri