Belarus Ukrayna ilə sərhədə əlavə qüvvələr yerləşdirdi
Icma.az, Teleqraf.com saytına istinadən bildirir.
Belarus hərbçiləri Ukrayna ilə sərhəddəki vəziyyəti gecə-gündüz izləyir və kopterlərdən istifadə etməklə həyata keçirilən təxribatları dayandırmağa hazırdırlar.
Teleqraf.com xəbər verir ki, bunu Belarus Silahlı Qüvvələri Baş Qərargahının elektron müharibə idarəsinin rəisi, polkovnik Aleksandr Noqovitsın deyib.
“Dövlət sərhədimizin cənub istiqaməti boyunca bir qrup qoşunun tərkibində radiotezlik diapazonunun radiomonitorinqinin aparılması üçün 24/7 rejimində tapşırıqları yerinə yetirən elektron döyüş qüvvələri və vasitələri yerləşdirilir”, - deyə o bildirib.
“VoenTV” televiziya şirkətinə müsahibəsində o söyləyib ki, dövlət sərhədi boyunca dislokasiya olunmuş elektron döyüş bölmələri müxtəlif təxribatların qarşısının alınması üçün radioelektron obyektlərin radioelektron müdaxiləsini həyata keçirməyə hazırdır.
Bundan əvvəl Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç bildirmişdi ki, bu il Belarus sərhədçiləri Ukrayna ilə sərhəddə 40-a yaxın təxribat qeydə alıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 22 Dekabr 2024 13:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















