Icma.az
close
up
RU
Belarusun Azərbaycandakı səfiri: Minsk və Bakı arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Belarusun Azərbaycandakı səfiri: Minsk və Bakı arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 18 aprel, AZƏRTAC

“Diplomatik korpusun və hərbi attaşelərin nümayəndə heyətinin tərkibində Xankəndi və Şuşa şəhərlərinə səfər edəcəyəm”.

AZƏRTAC xəbər verir ki, bu barədə Belarusun Azərbaycandakı səfirliyində ölkə mediasının nümayəndələri ilə keçirilən ənənəvi görüşdə Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç məlumat verib.

Bu, Belarus səfirinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə ilk səfəri deyil. O, daha əvvəl Ağdamda olub və burada tikintisi davam edən Aqrosənaye Kompleksi ilə tanış olub. Kompleksin 2027-ci ilə qədər hazır olacağı deyilir.

“Qarabağa ilk səfərim zamanı məni üç şey təəccübləndirdi: bir tərəfdən dağıntıların miqyası, digər tərəfdən böyük tikinti işləri və bir də minalardan təmizləmə prosesi. Ümid edirəm ki, bu dəfə müsbət təəssüratlarım daha çox olacaq”, – deyə D. Pineviç xüsusi vurğulayıb.

Səfir həmçinin, ötən il Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfərinin baş tutduğunu xatırladıb. Bu, azad olunmuş Qarabağı ziyarət edən ilk qeyri-türk dövlət başçısının səfəri idi. Həmin vaxt Lukaşenko Qarabağın incisi sayılan Şuşa şəhərində olub və şəhərin kommunal təsərrüfatı üçün iki traktor hədiyyə edib.

İki ölkə arasında siyasi dialoqa toxunan səfir bildirib ki, Belarus–Azərbaycan münasibətləri strateji və qardaşlıq səviyyəsində tərəfdaşlığa yüksəlib. Bu tərəfdaşlıq qarşılıqlı hörmətə və xalqlarımız arasında uzun illərə söykənən dostluğa əsaslanır. Onun sözlərinə görə, prezidentlər Aleksandr Lukaşenko və İlham Əliyev müxtəlif sahələrdə konstruktiv və qarşılıqlı faydalı əməkdaşlıq nümunəsini ortaya qoyur və münasibətlərin yüksək səviyyədə inkişafını müəyyən edirlər.

“Diplomatik münasibətlərin 32 ili ərzində iki lider 12 dəfə rəsmi səfər həyata keçirib və beynəlxalq forumlarda dəfələrlə görüşüblər. İkitərəfli müqavilə-hüquq bazasına artıq münasibətlərimizin bütün sahələrini əhatə edən 120-dən çox sənəd daxildir. Ötən ilin iyun ayında 2025–2026-cı illər üçün əməkdaşlıq üzrə Yol Xəritəsi yenilənib. Yüksək səviyyəli səfərlər gözlənilir”, – deyə D. Pineviç qeyd edib.

Səfir bildirib ki, cari ilin fevral ayında Belarus tərəfi Bakı İnsan İnkişafı üzrə İqlim Dayanıqlılığı Rəhbər Prinsiplərinə dəstək verib.

“Qeyd etmək istəyirəm ki, Belarus hər zaman azərbaycanlı dost və tərəfdaşlarımıza dəstək verməyə hazırdır. Bu dəstək qarşılıqlı xarakter daşıyır. Azərbaycan Belarusun Asiya Parlament Assambleyasında müşahidəçi statusuna namizədliyini dəstəkləyib, Minsk isə Bakının Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə sədrliyinin uzadılmasını dəstəkləyib”, – deyə səfir əlavə edib.

Belarus və Azərbaycan arasında ticarət-iqtisadi əməkdaşlıqdan bəhs edən diplomat vurğulayıb ki, 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 1,5 dəfə artıb. “Hökumətlərarası komissiyanın fəaliyyəti uğurla davam edir, növbəti iclasın iyun ayında Bakıda keçirilməsi nəzərdə tutulur”, – deyə o bildirib.

Diplomat, həmçinin, mədəni-humanitar sahədə əməkdaşlığa diqqət çəkərək, hazırda Heydər Əliyev Mərkəzində nümayiş etdirilən belaruslu heykəltəraş Andrey Ostaşovun sərgisini xüsusi qeyd edib. Onun sözlərinə görə, tanınmış “Pesnyarı” ansamblının Bakıya qastrollarının təşkili və Belarusda Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi məsələləri üzərində iş aparılır.

Səfir, həmçinin, Belarus idmançılarının bu ilin payızında Azərbaycanda keçiriləcək III MDB Oyunlarında geniş tərkibdə iştirak edəcəyini bildirib.

Səfirliyin foyesində Belarusun müxtəlif sahələrdə uğurlarını və nailiyyətlərini əks etdirən “Suveren Belarus” sərgisi təşkil olunub. Diplomatın xüsusi diqqət çəkdiyi ikinci sərgi isə sabah baş tutacaq və Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Milli Muzeyində Belarus Ədəbiyyatı Dövlət Tarix Muzeyi tərəfindən faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş sərgi təqdim ediləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Aprel 2025 01:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri