Belçika Kralı baş nazirin istefa xahişini rədd etdi
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Belçika Kralı Filip ölkənin Baş naziri Bart De Veverin istefasını qəbul etməkdən imtina edib.
Redaktor.az bu barədə Kral Sarayının "X" sosial şəbəkəsindəki rəsmi hesabına istinadən xəbər verir.
Məlumatda qeyd olunur ki, hakim koalisiyanın beş partiyasının sədrləri ilə məsləhətləşmələrdən sonra kral baş nazirin istefa xahişini rədd edib və ona büdcə danışıqlarını dərhal bərpa etməyi tapşırıb.
"Kral həmçinin beş partiya sədrindən onların siyasi qüvvələrinin hökumət daxilində razılığa gəlmək naminə güzəştlərə getməyə hazır olmasına dair dair rəsmi zəmanət alıb. Partiya sədrlərinin hər biri bu məqsədə nail olmaq üçün kompromisə hazır olduğunu və məsuliyyət nümayiş etdirməyi öhdəsinə götürüb", - bəyanatda bildirilib.
Sarayda vurğulayıblar ki, De Vever noyabrın 16-da danışıqların gedişatı barədə krala məruzə edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 06 Noyabr 2026 18:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















