Belçika Baş naziri bu gün istefa verə bilər
Sherg.az saytına istinadən Icma.az xəbər verir.
Belçika Baş naziri Bart De Vever hökumətin büdcə barədə razılığa gələ bilməməsi səbəbindən noyabrın 2-də Kral Filiplə görüşündən sonra istefa verə bilər.
Teleqraf xəbər verir ki, bu barədə “De Standaard” mənbəyə istinadla məlumat yayıb.
Mənbə qeyd edib ki, Belçika hökuməti dərin böhran içindədir. Nazirlər Şurasının bu gün gecə saatlarınadək davam edən iclası 2029-cu ilə qədər 10 milyard avro ayrılması barədə razılığa gəlinmədən başa çatıb. Baş nazir bu gün kral sarayına gedəcək. De Veverin bu görüşdən sonra istefa vermək niyyətində olub-olmadığı, yoxsa krala hökumətin böhran içində olduğunu bildirəcəyi məlum deyil.
Baş nazirin müavinlərindən biri “Le Soir” qəzetinə De Veverin bu gün kralla görüşəcəyini təsdiqləyib. “Ümid edirəm, bu, tərəfdaşlar üçün bir növ “elektrik şoku” kimi xidmət edəcək, fikirlərini dəyişəcək və yaxın iki gündə razılığa gəlmək üçün son cəhdə imkan verəcək. Əks halda, dərin böhranla üzləşəcəyik”, - mənbə qəzetə deyib.
Kralın baş nazirin istefasını qəbul edib-etməyəcəyi və ya böhranın həlli üçün vaxt verib-verməyəcəyi hələlik məlum deyil. Nəşrin məlumatına görə, bütün hallarda nəticə görüşün nəticəsindən asılı olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 02 Noyabr 2026 10:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















