Icma.az
close
up
RU
Belçika və Niderland erməni lobbisinin təsirindədir ŞƏRH

Belçika və Niderland erməni lobbisinin təsirindədir ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, aprelin 16-da Belçika Nümayəndələr Palatası deputat Mişel de Maqdanın "Qarabağ sakinlərinin beynəlxalq təhlükəsizlik zəmanətləri altında geri qayıtmaq hüququ, effektiv beynəlxalq monitorinq mexanizminin yaradılması, Azərbaycan Silahlı Qüvvələrinin 12 may 2021-ci il tarixli mövqelərinə çəkilməsi və Bakıda saxlanılan erməni əsirləri və mülki şəxslər məsələsinin həlli" mövzusunda qətnaməsini qəbul edib.

Elə həmin gün Niderland Baş Ştatlarının Nümayəndələr Palatası deputat Don Söderin iki parlament təklifini qəbul edib: "Azərbaycandakı erməni hərbi əsirlərinin azad edilməsi haqqında" və "erməni soyqırımının tanınması haqqında".

Bu fonda Ermənistanın Baş naziri Nikol Paşinyanın "Vətəndaş Sazişi" seçki platformasını təqdim edən video müraciətində məhz bu mövzu ilə bağlı aydın açıqlamalar verməsi diqqətəlayiqdir.

O bildirib ki, "Könüllü olaraq Qarabağı tərk edən ermənilərin geri qayıtması məsələsini gündəmdə saxlamaq məhsuldar deyil".

"Artıq kimin harada yaşadığını və kimin nəyə sahib olduğunu araşdırmayacağıq. Biz bu mövzunu bağlayırıq. Sülhə nail olmağın yeganə yolu budur",- deyə Ermənistan lideri vurğulayıb.

Təbii ki, Bakı da buna etinasız qalmayıb. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, Belçika Krallığı və Niderland Krallığının səfirləri Julien de Frepon və Marian de Yonq ayrı-ayrılıqda Xarici İşlər Nazirliyinə çağırılıblar. Azərbaycan tərəfi Belçika və Niderland parlamentlərinin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə, eləcə də Bakı ilə Yerevan arasında davam edən sülh prosesinə xələl gətirməyə yönəlmiş hərəkətlərinə qarşı kəskin etirazını bildirib. Azərbaycan XİN ölkənin suveren əraziləri ilə bağlı yalan iddiaları, Ermənistanın ərazi bütövlüyünü pozmaq ittihamlarını və erməni əsilli şəxslərin qanunsuz həbsləri ilə bağlı iddiaları qətiyyətlə rədd edib.

Nazirlik vurğulayıb ki, "Bu sənədlərin qəbulunun Azərbaycan və Ermənistan parlament sədrlərinin son görüşü ilə üst-üstə düşməsi paradoksaldır".

Daha sonra Azərbaycan parlamentinin bəyanatı yayılıb. Milli Məclis Belçika və Niderland parlamentlərindən Azərbaycana qarşı nifrət kampaniyasına və regionda sülhün möhkəmləndirilməsi səylərinə xələl gətirən addımlara son qoymağı tələb edib.

MM-in bəyanatında qeyd olunub ki, bu cür hərəkətlər bu həssas dövrdə təkcə sülh əleyhinə, revanşist qüvvələri təşviq etmir, həm də Avropa İttifaqının regiondakı bəyan edilmiş təhlükəsizlik və iqtisadi maraqlarına zərər verir.

Avropa ölkələrinin parlamentləri bu cür qərarlar qəbul edərkən nə düşünürlər? Məgər onlar başa düşmürlərmi ki, bu, suveren dövlətin daxili işlərinə kobud müdaxilə kimi təsnif edilə bilər? Onları bu cür şübhəli təşəbbüslərə razı salmağa vadar edən nədir - mövzudan xəbərsiz olmaq, yoxsa erməni lobbisinin təsiri?

Tanınmış analitiklər vəziyyətlə bağlı qiymətləndirmələrini Caliber.Az-la bölüşüblər. Ekspertlərin şərhlərini oxucularımıza təqdim edirik.

İrlandiyalı politoloq və tarixçi Patrik Uolş qeyd edir ki, rəsmi Yerevan sülh gündəliyində irəliləyiş üçün səy göstərsə də, Avropa ölkələri mövcud mövqelərini qoruyub saxlayırlar.

Ekspert bildirir ki, "qəbul edilən qətnamələr, çox güman ki, erməni diasporunun lobbiçiliyinin nəticəsidir, çünki kiçik bir qrup radikal xristian fəalı istisna olmaqla, Avropa ictimaiyyəti Qarabağ hadisələrinə heç vaxt dərin maraq göstərməyib.

Bu vəziyyət, Ermənistanın özü faciəli keçmişinin üzərindən xətt çəkməyə və sülh razılaşmasına nail olmağa çalışarkən, erməni diasporunun Azərbaycana qarşı dağıdıcı siyasətini davam etdirdiyinin daha bir təsdiqidir".

Onun qeyd etdiyi kimi, oxşar mənzərə ABŞ-da da müşahidə olunur. Yerli diaspor, Ermənistan dövlətinin özünün siyasi iradəsi və resursları çoxdan tükənməsinə baxmayaraq, döyüşkən fəaliyyətini davam etdirir.

“Avropa ölkələrinin əhalisini Qarabağdakı vəziyyətdən daha çox, özlərinə birbaşa təsir edən daha aktual daxili problemlər düşündürür. Bu regional münaqişə, tərəflərə xarici müdaxilə olmadan razılığa gəlmək imkanı verilərsə, nəhayət sülh yolu ilə həll edilə bilən bir münaqişədir”, - deyə Uolş bildirib.

Cənubi Qafqaz Politoloqlar Klubunun rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert İlqar Vəlizadə öz növbəsində bildirib ki, bu vəziyyətdə bir neçə amil rol oynayır: mövzunu bilməmək və onu dərindən araşdırmaq istəməmək, eləcə də onilliklərdir bu istiqamətdə çalışan lobbiçilik strukturlarının fəaliyyəti.

“Onlar əsasən öz maraqlarını irəli sürərək, münaqişədən istifadə ediblər ki, bu da onların dolanışıq mənbəyi və fəaliyyətlərinin əsaslandırılması olub. Bu, Brüsseldə geniş təmsil olunan strukturlaşdırılmış erməni diasporuna və onun lobbiçilik strukturlarına aiddir. Məhz orada Belçika parlamentinin üzvləri ilə məqsədyönlü iş aparılıb və bu gün nəticələrini görürük.

Oxşar fəaliyyət Hollandiyada və Fransada da müşahidə olunur. Bu, Azərbaycan-Avropa siyasi dialoqunun intensivləşməsi ilə üst-üstə düşüb. Hazırda Avropa İttifaqı ilə strateji tərəfdaşlıq haqqında sənəd müzakirə olunur. Aydındır ki, Brüsseldəki müəyyən dairələr üçün qarşılıqlı maraqları nəzərə alaraq münasibətləri yeni səviyyəyə qaldırmaq, eləcə də genişmiqyaslı enerji və nəqliyyat gündəliyinin həyata keçirilməsi perspektivi arzuolunmaz görünür. Onlar hesab edirlər ki, bu, Azərbaycanın mövqeyini gücləndirəcək və münaqişənin səhifəsi tamamilə bağlanacaq, bu qrupları şübhəli fəaliyyətlərinin bəhrələrindən məhrum edəcək.

Son vaxtlar çoxsaylı oxşar qətnamələr qəbul edilib. Onların hamısı nəticədə praktiki olaraq həyata keçirilməyib, lakin müəyyən dairələrdə gərginliyi artırmağa və yeni anti-Azərbaycan kampaniyalarına təkan verməyə davam edirlər", - deyə politoloq xatırlayır.

Onun sözlərinə görə Aİ-nin çoxsaylı daxili problemlərini nəzərə alsaq, Brüsseldən minlərlə kilometr aralıda yerləşən bir bölgəyə belə həssas diqqət yetirmək çaşdırıcıdır.

"Əgər deputatların edəcək başqa bir işi yoxdursa, onlar Yaxın Şərq, Latın Amerikası və ya Afrikadakı vəziyyətə diqqət yetirməlidirlər. Məsələn, Sudan humanitar fəlakətin ortasındadır, lakin bu mövzular onlar üçün maraqlı deyil - Aİ-də sadəcə müvafiq lobbi qrupları yoxdur. Onlar yalnız Cənubi Qafqaza diqqət yetirirlər və burada nizamlama prosesini pozmağa çalışırlar. Bu arada, Paşinyan özü sülh gündəliyindən və keçən il Vaşinqtonda imzalanmış sazişlərin həyata keçirilməsindən danışır.

Bu deputatlar real proseslərdən tamamilə xəbərsiz olduqlarını nümayiş etdirirlər. Onlar ən az müqavimət yolunu seçirlər: ABŞ-ı tənqid etməkdən çəkinirlər- məsələn, Vatikan və Vaşinqton arasındakı münasibətlərlə bağlı məsələlərdə- giriş məhdudiyyətləri də daxil olmaqla nəticələrdən qorxaraq. Azərbaycana gəldikdə isə, onlar cəzasızlıqla başqa bir qətnamə qəbul edə biləcəklərini düşünürlər.

Onların mövqeyi real çəkiyə malik deyil, lakin danışıqlar prosesinin beynəlxalq kontekstinə mənfi təsir göstərir. Bu, Azərbaycan XİN-in reaksiyasını izah edir. Ümumiyyətlə, həm Ermənistan, həm də Azərbaycan regionun taleyinin öz əlimizdə olduğunu və tərəflərin sülh gündəliyi üzrə irəliləməyə davam edəcəyini başa düşürlər”, - deyə ekspert bildirib.

Tərcümə - Elçin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Aprel 2026 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri