Belçikada Donald Trampın adı ilə yeni sağçı TRUMP partiyası yaradılıb
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
Belçikada ABŞ-ın keçmiş prezidenti Donald Trampın adını daşıyan yeni sağçı, fransızdilli TRUMP partiyası yaradılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə yerli BRUZZ nəşri məlumat yayıb.
Yeni siyasi qurumun ideologiyası ABŞ lideri Donald Trampın siyasi baxışlarına əsaslanır. Partiyanın təsisçisi, Belçika Milli Cəbhəsinin (NF) keçmiş rəhbəri Salvatore Nikotra bildirib ki, TRUMP adı “Tous Réunis pour l'Union des Mouvements Populistes” – “Bütün Populist Hərəkatlar İttifaqı üçün Birləşmişlər” ifadəsinin abbreviaturasını təşkil edir.
Nikotra partiyanın imicinin birbaşa Donald Trampın şəxsiyyəti ilə əlaqəli olduğunu vurğulayıb: “Donald Tramp populizmin əsas simvoludur. O, bizim müdafiə etdiyimiz ideyaları dərhal təcəssüm etdirir”.
Yeni qurum özünü “sosial meylli sağçı populist partiya” kimi təqdim edir və federal seçkilərdə, həmçinin 2029-cu ildə Avropa Parlamenti seçkilərində iştirak etməyi planlaşdırır. Fəaliyyət istiqaməti baxımından TRUMP partiyası, ölkənin bölünməsini dəstəkləyən ən böyük ifrat sağçı qüvvə olan Vlaams Belanqdan fərqlənir.
Partiyanın təsisçiləri arasında, daha əvvəl faşizmi təriflədiyinə görə Vlaams Belanqdan uzaqlaşdırılmış Emanuele Licari də daxil olmaqla bir neçə keçmiş NF üzvü yer alır.
Salvatore Nikotra 1994–2000-ci illərdə Brüsselin Sen-Gilles rayonunda bələdiyyə müşaviri olub və gələcəkdə paytaxtda və ya yerli səviyyədə seçkilərə qatılma ehtimalını da istisna etmir.
TRUMP partiyasının rəsmi təqdimat mərasimi 30 noyabrda keçiriləcək.
Bu mövzuda digər xəbərlər:Belçikada yeni fransızdilli ifrat sağçı partiya yaradılıb
11 Noyabr 2025 14:39
Donald Trampın andiçmə mərasimini təşkil edən komanda yaradılıb
10 Noyabr 2024 10:39
Donald Trampın adı insan alverində hallanır
08 İyun 2025 10:50
Belçikada yeni hökumət formalaşdırılır
01 Fevral 2025 15:48
Belçikada 11 medal
17 Mart 2025 11:28
Baxış sayı:60
Bu xəbər 11 Noyabr 2025 09:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















