Icma.az
close
up
RU
Belçikadan iki qərəzli qətnamə ANALİTİK

Belçikadan iki qərəzli qətnamə ANALİTİK

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Avropa sönmüş müharibə ocaqlarını yenidən alovlandırmaq istəyir

44 günlük müharibə regionda bütün siyasi gedişlərin, ölkələrarası münasibətlərin və iqtisadi əlaqələrin yenidən tərtib olunmasına təkan verdi. Azərbaycanın qəti və cəsarətli addımı bəzi beynəlxalq təşkilatların, hətta iri dövlətlərin siyasi gedişlərini dəyişməyə vadar etdi. Coğrafiyamızda bizə kafa tutmağa cəhd edənlər rəsmi Bakının beynəlxalq sənədlərə istinadən Ermənistanın işğalçı siyasətinə birdəfəlik son qoyması ilə zor-hədə ritorikasını dəyişməyə, Azərbaycanla münasibətlərə yenidən baxmağa məcbur oldular. Amma hər şeyin sona çatdığını demək hələ tezdir, düşmənlərimiz hələlik aldıqları zərbənin şokunu yaşamaqdadırlar. Müddət bitən kimi əvvəlki kimi olmasa da, yenə iş başında olacaqlar, bu, birmənalıdır. Çünki, Ermənistan onların quruluş verdiyi oyunun baş rolundadır.

Avropa İttifaqı və Avropa Parlamenti hər zaman Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirib, ermənipərəst mövqedən çıxış edib. Bu qərəzli mövqe isə yalnız onların özünə ziyan gətirir. Bu gün Azərbaycanın Avropaya ehtiyacı yoxdur, əksinə, Aİ Azərbaycandan, sözün əsl mənasında, asılı vəziyyətdədir. Çünki məhz Azərbaycan Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarındandır. Azərbaycan enerji daşıcılarının nəqli üçün əlverişli imkanlara malikdir. Asiya ölkələrindən də enerji daşıyıcıları Avropaya Azərbaycan vasitəsilə nəql olunur. Azərbaycan dünyanın bir çox ölkələri ilə sıx iqtisadi və siyasi əlaqələrə malikdir.

Vətən müharibəsindən sonra nə baş vermişdi?

İkinci Qarabağ müharibəsinədək qlombal Qərb Ermənistanı birmənalı şəkildə dəstəkləyir, Azərbaycanı erməni planı ilə razılaşmağa məcbur edirdilər. Avropalılar bunu özlərinin yaratdığı “Minsk qrupu” vasitəsilə etməyə çalışırdılar. Ən azından vaxtı uzatmaqla Azərbaycan insanını baş verənlərlə barışmağı hədəfləyirdilər. Azərbaycana qarşı müxtəlif tribunalardan hədyanlar səsləndirir, “xalqların öz müqəddaratını təyinetmə hüququ”nun digər standartlardan üstün olduğunu isbatlamaq istəyirdilər. Çalışdılar, vuruşdular, Azərbaycana qarşı minbir tələlər qurdular, sanksiyalar tətbiq etdilər, “müharibə tərəfdarı” kimi absurd ittihamlar irəli sürdülər, amma bütün bunların keçərsiz olduğunu anladılar. O vaxta qədər ki, Azərbaycan erməni qoşunlarının ərazilərimizdən çıxması tələbini dəyişdi, Ermənistanın növbəti təxribatına genişmiqyaslı hücumla cavab verdi.

Ermənistan silahlı qüvvələrinin bir-birinin ardınca kənd və qəsəbələrimizdən qovulması Qərbi silkələdi, Azərbaycana qarşı hədələr artmağa başladı, sanksiyalar bu dəfə də yada düşdü. Amma ordumuzun ildırım sürətli hücumu İrəvanda olduğu kimi, Brüsseldə, Parisdə, Vaşinqtonda da şok effekti yaratdı. Avropa dövlətlərinin ayrı-ayrı qurumları Bakıya qarşı tədbirlərin görülməsini vacib hesab edərək açıq şəkildə ermənilərin yanında olduqlarını bəyan etdilər. Azərbaycanın qətiyyəti də öz sözünü deyirdi, məsələn 2020-ci ilin dekabrın ikinci ongünlüyündə Belçika parlamenti “Dağlıq Qarabağ”ın Azərbaycanın tərkib hissəsi olduğunu bir daha təsdiq etmişdi. Daha dəqiq desək, Belçika Federal Parlamentinin Nümayəndələr Palatasının xarici əlaqələr komitəsi Qarabağla bağlı qətnamə layihəsini müzakirə edib və sənəd layihəsi bir sıra düzəlişlərlə plenar iclasa tövsiyə etmişdi. Qətnamə layihəsinin komitədə qəbul edilən mətninin dekabrın 17-də Belçika Nümayəndələr Palatasının plenar iclasında səsverməyə qoyulması gözlənilirdi. Lakin ermənipərəst dairələrin canfəşanlığının nəticəsi olaraq Belçika Senatı da eyni mətni dekabrın 11-də səsverməyə çıxarmağı qərara aldı.

Qətnamə layihəsinin Senata gətirilməsinin əsas təşəbbüskarı Senatın sahələrarası məsələlər komitəsinin sədri, Belçikanın özündə də separatçılıq meyillərinin əsas daşıyıcılarından olan, islamofob və antitürk əhval-ruhiyyəli millətçi Yeni Flamand İttifaqı Partiyasının (N-VA) üzvü Mark Demesmaeker idi. Bir faktı da xüsusi qeyd etmək lazımdır ki, Mark Demesmaeker Brüsseldəki əsas erməni lobbi təşkilatının rəhbəri Kaspar Karampetyan ilə sıx əməkdaşlıq edirdi və sonuncunun təşkilatçılığı və şəxsən müşayiəti ilə 2-19-cu ilin oktyabr ayında Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə qeyri-qanuni səfər etmişdi.

Müxtəlif erməni diaspor təşkilatları və ermənipərəst qüvvələr bu tip qətnamələr qəbul etdirməklə Ermənistanın Azərbaycan qarşısındakı son uğursuzluqlarını pərdələməyə çalışırdılar. Əslində Fransada istədiklərinə tam nail olmayan erməni lobbi təşkilatlarının Belçika parlamentindəki anti-Azərbaycan səyləri də puç oldu. Belə ki, qətnamənin ilkin layihəsində sabiq işğalçı rejimin tanınması və onun təhlükəsizliyinin təminatı üçün bu rejimlə diplomatik əlaqələrin qurulması məsələsi təklif edilirdi. Lakin Azərbaycan hökumətinin və Milli Məclisin vaxtında gördüyü tədbirlər nəticəsində bu cür absurd təkliflər qəbul edilmədi. Həmçinin qətnamə layihəsinin ilkin mətnindəki qondarma “artsax” adına bütün istinadlar çıxarıldı və Dağlıq Qarabağ anlayışı qəbul edildi. Ən mühüm məqam isə ondan ibarətdir ki, beynəlxalq hüquqa uyğun olaraq BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələri layihəyə daxil edildi. Başqa sözlə, ermənilərin və ermənipərəst qüvvələrin hər vəchlə qəbuluna çalışdığı sənəd Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu təsdiq etdi.

Erməni lobbi təşkilatlarının qətnamə layihəsindəki müəyyən bəndləri qabardaraq “uğur” kimi təqdim etməsi cəhdlərinə baxmayaraq, əslində qondarma “artsax respublikasının” tanınması qətnaməsinin iflasa uğraması və Fransadan sonra Belçikada çox gözlənilən “dəstəyi” ala bilməməsi erməni və ermənipərəst dairələrdə, o cümlədən “artsaxın tanınmasına” dair qətnamə təkliflərini irəli sürən deputatlarda böyük narazılıq və ruh düşkünlüyü yaratdı. Əsas məqsədləri Belçika parlamentində “artsaxın tanınması” olan, lakin bu ideyanın reallaşdırılmasına nail ola bilməyən ermənilərin Fransa modelini təkrarlamaq niyyətləri puça çıxdı.

Tarix təkrarlanırmı?

Belçikadan Azərbaycana qarşı növbəti qərəzli addım atılıb. Belçika Federal Parlamentinin Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində Azərbaycanla bağlı iki qətnamə müzakirələrdən sonra qəbul edilib. Qətnamələrdən biri Azərbaycanda insan hüquqları və jurnalistlərin müdafiəsi məsələsinə, digəri isə “Dağlıq Qarabağ”dakı vəziyyət mövzusuna həsr edilib. Hər iki sənəddə ölkəmizə qarşı erməni lobbisinin sifarişi ilə hazırlanmış iddialar yer alıb. Qətnamədə bəyan edilib ki, guya Qarabağda ermənilər etnik təmizləməyə məruz qalıb. Qətnamədə başqa absurd iddialar da var.

Ermənistanın və erməni lobbisinin göstərişi ilə Qarabağdan ermənilərin kütləvi köçü Azərbaycanı etnik təmizləmədə ittiham etmək üçün yetərli deyil. Əksinə, Azərbaycan tərəfi 2020-ci ilin noyabr ayından 2023-cü ilin sentyabr ayına qədər erməniləri inandırmağa çalışdı ki, onlar konkret şərtlər daxilində Azərbaycan vətəndaşlığı ala və burada təhlükəsiz yaşaya bilərlər. Amma onlar bununla razılaşmadılar, Azərbaycan qanunları ilə yaşamaq istəmədiklərini bəyan etdilər. Bəzi ekspertlər düşünürdülər ki, Qarabağda doğulub yaşayan yeni nəsil ermənilər Ermənistana köç edəcək və onilliklər ərzində Qarabağda yaşayan köhnə nəsil Qarabağı tərk etməyəcək. Əslində Qarabağda etnik təmizləməni Ermənistan həyata keçirdi.

Avropa adətkardır

Azərbaycanın qanunverici orqanı Avropa Parlamentinin (AP) 2025-ci il martın 13-də qəbul etdiyi qətnamə ilə əlaqədar bu quruma etiraz məktubu ünvanlamışdı. Həmin etiraz məktubunda deyilirdi ki, AP-nin "Erməni girovların qanunsuz tutulması və qondarma məhkəmə prosesləri" adlı əsassız, qeyri-obyektiv və qərəzli qətnaməyə qəti etirazımızı bildiririk. Suverenlik, qanunun aliliyi və ədalət prinsiplərinin saya alınmadığı bu qətnamədə Azərbaycanın ağır cinayətlərdə iştirak etmiş şəxsləri məhkəmə qaydasında təqib etmək kimi qanuni hüququ tanınmır. Bundan əlavə, qətnamədə son otuz il ərzində mövcud olmuş tarixi şəraitə və Ermənistanın qanunsuz hərəkətləri nəticəsində Azərbaycan xalqının çəkdiyi böyük iztirablara bilərəkdən göz yumulur.

Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ilə yaxın işğal altında saxlamış, dinc Azərbaycan vətəndaşlarına qarşı saysız-hesabsız müharibə cinayətləri törədib. Bu cinayətlərə etnik təmizləmə, insan hüquqlarının ciddi pozuntuları və Azərbaycanın mirasının sistemli şəkildə məhv edilməsi də daxildir. Avropa Parlamenti bu vəhşiliklər, o cümlədən Xocalı soyqırımı barəsində daim susmağa üstünlük verir. İtkin düşmüş 4 minə yaxın dinc azərbaycanlının taleyi hələ də məlum deyil, lakin selektiv və qərəzli yanaşmaya əsaslanan Avropa Parlamenti bu cinayətləri görməzdən gəlir, çünki Azərbaycana qarşı haqsız və saxta iddiaları üstün tutur.

"İlk növbədə bildirmək istəyirəm ki, Avropa İttifaqına üzv ölkələrin əksəriyyətində Azərbaycana qarşı antipatiya var və illərdir ki, bu həqiqət bizə məlumdur. Bu gün Belçikada qəbul edilən hər hansı sənəd də məhz bu münasibətlərin təzahürüdür. Biz onsuz da Avropadan Azərbaycanla bağlı müsbət qərar və ya qətnamə gözləmirik". Bunu Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

O qeyd edib ki, Belçika Federal Parlamentinin Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində Azərbaycanla bağlı qəbul olunmuş iki qətnamə də obyektivlikdən və beynəlxalq hüququn prinsiplərindən kənar, qərəzli mövqeyin məhsuludur. Hər iki sənəddə – istər insan hüquqları və jurnalistlərin guya sıxışdırılması ilə bağlı olan hissədə, istərsə də “Dağlıq Qarabağ”la bağlı bölümdə – erməni lobbisinin təsiri açıq şəkildə hiss olunur. Bu qətnamələr qətiyyən reallığı əks etdirmir və göründüyü kimi siyasi sifariş əsasında hazırlanmış sənədlərdir: “Xüsusilə, qətnamədə Qarabağda ermənilərin guya etnik təmizləməyə məruz qalması ilə bağlı irəli sürülən iddia əsassız, həqiqətdən uzaq və tarixi faktlarla ziddiyyət təşkil edir. Bəllidir ki, Azərbaycan çoxmillətli, multikultural ölkədir və bütün dövrlərdə ermənilər də daxil olmaqla müxtəlif etniklər yaşayıb. Qarabağda da yanaşma eyni formada olub. Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, ölkənin suveren ərazilərində bütün vətəndaşların hüquqları, o cümlədən etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin təhlükəsizliyi və rifahı təmin olunacaq. Təəssüf ki, Belçika kimi bir ölkənin parlamenti obyektiv mövqe tutmaq əvəzinə, regiondakı reallıqları düzgün qiymətləndirmədən, birtərəfli, qərəzli və siyasi motivli qətnamə qəbul etməklə beynəlxalq ictimaiyyətə yanlış mesaj verir”.

Siyasi ekspert qeyd edib ki, Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa etmiş və beynəlxalq hüquq çərçivəsində hərəkət etmişdir: “Belə sənədlər regionda sülh və sabitliyə xidmət etmir, əksinə, yeni gərginliklərin yaranmasına zəmin yaradır. Belə məsuliyyətsiz və birtərəfli qərarları qətiyyətlə pisləyirik və beynəlxalq ictimaiyyəti real faktlara əsaslanmağa, regionda sülh prosesini dəstəkləməyə çağırırıq. Sonda deyim ki, bu sənədin bizim üçün heç bir hüquqi əhəmiyyəti yoxdur, sadəcə Qərbin münasibəti və siyasi təzyiq elementi kimi baxmaq olar”.

Qərb Azərbaycanı müstəqil suveren siyasətinə görə cəzalandırmaq planından hələ də əl çəkməyib. Ardıcıl olaraq Azərbaycanı necə cəzalandırmağa çalışır. Belə görünür ki, Qərb Azərbaycanla neft-qaz tərəfdaşlığında səmimi şəkildə maraqlı olmalıdır. Amma eyni zamanda, şantaj yolu ilə Bakının “qollarını burmağa” çalışırlar. Bu, Avropa üçün yaxşı heç nəyə gətirib çıxarmayacaq. Çünki o, özü də tamamilə gücsüzdür, Avropa İttifaqınınn suveren siyasətindən danışmağa ehtiyac yoxdur. Avropanın timsalında görürük ki, özlərinə aidiyyatı olmayan, mağara dövrünə qərq olmuş və indi bunun bəhrəsini alan ölkələrin başına nə gəlir.

Qərb regionda qaynar nöqtənin saxlanması və yenidən alovlanmasında maraqlıdır. Biz Qərblə İran arasında qarşıdurmanı, Qərblə Türkiyə arasında gərginliyi, Yaxın Şərqdə eskalasiyanı görürük. İrəvan “kollektiv Qərb” naminə regionun ən azı 3 ölkəsinə təsir aləti kimi çıxış edir. Ermənistan bunu öz milli maraqlarının zərərinə razılaşaraq edir. Ermənistan avropalı psevdomüşahidəçiləri şərti sərhədlərimizə gətirib. Xüsusi xidmət orqanlarının agentləri bütün hallarda regionda sülhə xidmət etmirlər.

V.VƏLİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:26
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 Aprel 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tarif savaşı qızışır: Çin 125 faizə qaldırdı

11 Aprel 2025 22:48see129

Bağırsaq sağlamlığı niyə vacibdir

12 Aprel 2025 04:39see128

NATO Ukraynanı böyük partiya mərmi ilə təchiz etməyə hazırlaşır

11 Aprel 2025 21:52see127

Hər gün bir alma yeməyin 10 FAYDASI

11 Aprel 2025 09:44see124

Rusiyanın Ukraynada son sutkadakı itkiləri açıqlanıb

11 Aprel 2025 09:31see122

Deputat Cahangir Zeynalovun Azərbaycana qayıtmasını istəyir: Gəlib, sənətimizdəki boşluğu doldursun

11 Aprel 2025 11:19see122

ABŞ da Trampı öldürməklə hədələyən şəxs həbs edilib

12 Aprel 2025 04:09see119

AMEA da “Elmlə ədəbiyyatın dialoqu”

12 Aprel 2025 13:03see119

Ən sadiq kişilər bu bürclərdəndir

12 Aprel 2025 13:05see119

“Ukraynalılar ədalətli dövləti müdafiə etdiklərinə inanmırlar”..?

11 Aprel 2025 21:24see118

Trampın siyasətinə etiraz: ABŞ səfiri istefa verdi

12 Aprel 2025 01:16see118

Süni intellekt qadınlar arasında işsizliyi artıracaq

12 Aprel 2025 13:12see117

Uşaqlar arasında kütləvi virus yayılıb?

12 Aprel 2025 12:29see116

“Xəyanət olunub, mən də etmişəm” deyən Nüşabə Musayeva danışdı

11 Aprel 2025 13:44see115

Abşeron rayonunda qanunsuz qaz sayğacları AŞKARLANDI

11 Aprel 2025 21:47see115

Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq ŞƏRH

11 Aprel 2025 09:47see115

İran ABŞ danışıqlarının mövzusu

12 Aprel 2025 13:02see114

Avropa və Konfrans liqalarında nəticələr necə olub?

11 Aprel 2025 09:47see113

İsraillə Azərbaycan arasında səhiyyə sisteminin elektronlaşdırılmasına dair fikir mübadiləsi aparılıb

11 Aprel 2025 17:35see113

Elçin Əmirbəyov Ermənistanla sülh müqaviləsi haqqında: Prosesin yalnız birinci hissəsi başa çatıb

11 Aprel 2025 20:06see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri