Belçikalı velosipedçi Yilke Mixilsen 19 yaşında vəfat edib
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Belçikalı velosipedçi Yilke Mixilsen uzun müddət mübarizə apardığı onkoloji xəstəlikdən sonra 19 yaşında vəfat edib.
"Report" xəbər verir ki, idmançının ölümü barədə məlumat onun sosial şəbəkə hesabında paylaşılıb.
Üç il əvvəl Y.Mixilsenə sümük və yumşaq toxumalara təsir edən bədxassəli şiş – Yuinq sarkoması diaqnozu qoyulub. Xəstəlik səbəbindən o, idman karyerasını vaxtından əvvəl başa vurmaq məcburiyyətində qalıb. Velosipedçi mayın əvvəlində müalicənin heç bir effekt verməməsi və bədəninin həddindən artıq zəifləməsi səbəbindən kimyaterapiya kursunu dayandırdığını açıqlamışdı.
Qeyd edək ki, Y.Mixilsen 2022-ci ildə şosse velosipedi üzrə gənclər arasında Belçika çempionu olub, həmçinin çoxnövçülük üzrə ölkə birinciliyini qazanıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 16 May 2026 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















