Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Belə bir xəstə toplumla sülh prosesinə heç bir töhfə vermək olmaz

Belə bir xəstə toplumla sülh prosesinə heç bir töhfə vermək olmaz

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


Xarici diplomatların Qarabağa və Şərqi Zəngəzura 22-ci səfərinin nəticələri nəyi göstərdi? Onu göstərdi ki, 44 günlük müharibədən ötən 6 il ərzində Ermənistan cəmiyyəti hələ də sülhə hazır deyil. Nikol Paşinyan bir lider kimi öz xalqını sülhə hazırlaya bilməyib. Bunu diplomatların Gəncəsər və Xudavəng monastırlarına ziyarətinə və Prezident İlham Əliyevin dini liderlərlə görüşü zamanı Qarabağdakı şəhər və kəndlərimizin, tarixi abidələrimizin və məscidlərimizin erməni vandalizminə məruz qalması ilə bağlı səsləndirdiyi həqiqətlərə erməni revanşistlərinin isterik reaksiyalarının davam etməsi də təsdiqləyir.
Başqa sözlə desək, diplomatların Qarabağa səfəri və Prezidentin çıxışı danılmaz tarixi həqiqətləri bir daha ortaya qoydu və eyni zamanda, erməni cəmiyyətinin hazırkı aqressiv-revanşist durumunu bütün çılpaqlığı ilə göstərdi. Bu baxımdan, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri həqiqətən də olduqca mühüm siyasi və informasiya əhəmiyyəti daşıyır. Bu diplomatlar heç bir qərəz güdmədən və xüsusi canfəşanlıq göstərmədən, yəni sadəcə səfər etməklə erməni işğalçılarının onilliklər ərzində Azərbaycan ərazilərində törətdikləri etnosidin, kultursidin və vandalizmin acı nəticələrinin bir daha ortaya çıxmasına və dünyaya sərgilənməsinə səbəb olublar. İllah da Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono və Fransanın Azərbaycandakı səfiri Sofi Laqutun bu səfərdə iştirak etməsi nəinki Ermənistandakı revanşistləri, eləcə də dünyadakı nütün erməni lobbisini lap özündən çıxarıb. Onların Avropaya və xüsusən də Fransaya uzun illərdir böyük ümidlər bəslədiyini nəzərə alsaq, bu iki diplomatın Qarabağa səfəri revanşistlər üçün həqiqətən də çox ağrılı oldu. Diplomatların budəfəki səfəri erməni millətçilərinin "yarasına duz basdı".
Eyni zamanda, bu səfər əsnasında dipkorpusun nümayəndələrinin Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcərdəki vəziyyətlə yerində tanış olması Azərbaycanın postmünaqişə dövründə yaratdığı reallıqların beynəlxalq ictimaiyyətə birbaşa təqdim edilməsinə mühüm töhfə oldu. 58 ölkəni və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət böyük bir diplomatik heyətin Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda Xankəndi və Şuşa şəhərlərində, Ağdərə və Kəlbəcər rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin gedişi ilə və tarixi-mədəni irs nümunələrinin mövcud vəziyyəti ilə yaxından tanış olmaq üçün bir araya gəlməsi və həmrəylik nümayiş etdirməsi Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlara beynəlxalq dəstəyin ifadəsi və göstəricisidir.
Bu tip səfərlər erməni revanşist dairələrində ona görə belə kəskin emosional reaksiyalara səbəb olur ki, çünki onlar uzun müddət əsl həqiqətləri gizlədiblər və öz narrativlərini beynəlxalq aləmdə möhkəmlətməyə çalışıblar. Lakin diplomatların səfəri hər şeyi - bütün erməni yalanlarını üzə çıxartdı. İndi beynəlxalq ictimaiyyət tədricən bölgədəki faktları yerində görür və bu da iddiaların deyil, reallığın önə çıxmasına xidmət edir. Bundan əlavə, Prezident İlham Əliyevin çıxışlarında vurğulanan məqamlar — şəhər və kəndlərin dağıdılması, tarixi abidələrə və məscidlərə vurulmuş ziyan, ümumilikdə işğal dövrünün nəticələri — diplomatik korpusun səfəri ilə üst-üstə düşərək həmin həqiqətlərin beynəlxalq səviyyədə daha aydın görünməsinə imkan yaradır. Bu baxımdan səfər həm informasiya baxımından, həm də siyasi baxımdan Azərbaycanın mövqeyini gücləndirən bir hadisədir. Beləliklə, istər diplomatik korpusun səfərinin nəticələri, istərsə də Prezidentin səsləndirdiyi həqiqətlər bir daha göstərdi ki, Qarabağ işğaldan azaddır, Qarabağ dirçəlir və Qarabağ Azərbaycandır!
Bu arada ermənilərə isə bir qonşu kimi tövsiyəmiz budur ki, onlar zarıldamağa son qoysunlar, bizə qarşı kin püskürməyə son qoysunlar, əsassız və səbəbsiz aqressiyalarından əl çəksinlər və reallıqla barışsınlar. Həmçinin Ermənistanın baş nazirinə də tövsiyəmiz var. Bəli, biz başa düşürük, bu qədər radikal və aqressiv bir toplumu sülhə hazırlamaq elə də asan deyil. Lakin Nikol Paşinyanın başqa bir yolu yoxdur. Paşinyan gerçək sülhə nail olmaq istəyirsə, öncə öz xalqını kor millətçilik və revanşizmdən müalicə etməlidir. Belə bir xəstə toplumla sülh prosesinə heç bir töhfə vermək olmaz.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 17 Sentyabr 2026 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see696

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see460

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see453

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see419

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see404

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see399

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see361

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see302

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see287

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see285

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see259

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see254

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see243

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see240

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see239

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see236

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see235

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see233

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see226

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri