Icma.az
close
up
RU
Dili heç bir dilə qurban vermək olmaz Professor

Dili heç bir dilə qurban vermək olmaz Professor

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

“Bir vaxt Ayaz müəllimin “Retro” verilişi var idi. Həmin veriliş əvvəlki ənənəyə müraciət edirdi. Bizim ənənələrimiz nümayiş etdirilirdi, biz onu həvəslə gözləyirdik. Eləcə də biz öz dilimizin tarixinə baxaq, oradan yararlanaq. Uğurlu söz və ifadələri dialektlərimizdən gətirək, nəinki rus, türk dillərindən. Hər bir xalqın dili müstəqil şəkildə inkişaf edən dildir. Ümummilli Liderimiz deyirdi ki, “Bizim dilimizin adı Azərbaycan dilidir”. Bu dil öz qanunlarına əsasən inkişaf etməlidir, bunu unutmaq olmaz”.

Bu barədə Modern.az-a açıqlamasında Nəsimi adına Dilçilk İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri, professor Sevinc Əliyeva rejissor Ayaz Salayevin “Baku Aktual verilişindəki çıxışına münasibət bildirərkən deyib.

O bildirib ki, hər xalqın nümayəndəsi yazıçısı, müəllimi, ziyalısı dilin qorunması üçün çalışır:

“Azərbaycan dili türk dilləri ailəsində yer alan bir dildir. Amma bu dilin özünün keçdiyi tarixi inkişaf yolu var. Bugünkü məqamda Azərbaycan dilini sevən və qorumağa çalışan dilçi və türkoloq kimi deyə bilərəm ki, Azərbaycan dili türk dilləri ailəsinə mənsub, amma özünün gözəl fonetik və sintaktik quruluşu olan, zəngin lüğət tərkibinə malik bir dildir. Bu dil heç bir dilin təsirinə məruz qalmamalıdır. Bilirsiniz ki, dilimizə ən əvvəldə ərəb və fars dillərinin təsiri olub. Dilimizin lüğət tərkibində 60-70% sözlərin ərəb və fars mənşəli olmasında biz bunu görürük. Daha sonra rus dili olub ki, bunun da nəticəsində sözlərimizin 10-15%-nin rus dili və onun vasitəsilə dilimizə keçən avropa mənşəli sözlərdir”.

Professor bildirib ki, ortaq türk əlifbasının qəbul edilməsi türkoloqların, türk dilləri ailəsini və Azərbaycan dilini sevən ziyalılarımızın arzusu olub:

“Amma bu o demək deyil ki, Azərbaycan dilinin türk dilinə, yaxud türk dilinin Azərbaycan dilinə təsirini biz qəbul edirik. Mən arzu edirəm ki, Azərbaycan dili ziyalılarımızın, yazıçılarımızın arzusuna müvafiq şəkildə müstəqil Azərbaycanın dili kimi inkişaf etsin, qorunsun. Ulu Öndərimiz deyirdi ki, “Mən bu didə danışmağımla fəxr edirəm”. Biz də bu fəxarəti, qüruru qəlbən hiss etməliyik. Bizim dilin qorunması üçün cənab Prezident tərəfindən sərəncam və fərmanlar imzalanır. Həmin fərmanlarda müəyyən müddəalar öz əksini tapır. Məsələn 9 aprel 2013-cü il tarixli "Azərbaycan dilinin təhlükəsizliyinin qorunması və dövlət daxilində istifadənin daha da gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı"nın nəticəsi olaraq Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilk İnstitutunda açılan şöbələrdən biri də monitorinq şöbəsi idi. O şöbənin fəaliyyət istiqaməti dilimizin saflığını qorunmasıdır. Dili heç bir dilə qurban vermək, dilin lüğət tərkibini hansısa dilə, xalqa xoş gəlsin deyə dəyişmək olmaz”.

Müsahibimiz sonda qeyd edib ki, dilinə gələn sözü yaşadan xalqdır:

“Dilə hər hansı sözün gəlişindən narahat olmaq lazım deyil. Vaxtilə dilimizə “spiker”, “kreativ” sözləri gəldi. Amma o sözlər dilimizdə yaşamadı, duruş gətirə bilmədi. Çünki dilini sevən, qoruyan xalq o sözləri qəbul etmədi. Bəzi alınma sözlər dilimizin lüğət tərkibində var, amma o sözləri biz artıq qəbul etmişik. Həmin sözləri biz illər boyu işlətmişik, indi onları süni şəkildə uyğunsuz və uğurlu olmayan söz və ifadələrlə əvəz etməyin əleyhinəyəm. Bu gün qloballaşma şəraitində dilimizə yeni texnologiyalarla bərabər müəyyən anlayışlar gəlir. O sözləri yerli-yersiz qəbul etmək olmaz. Cənab Prezidentin vurğuladığı kimi dilimizə yerli-yersiz alınmaları gətirməyə ehtiyac yoxdur. Hər hansı bir söz məfhumla bərabər gəlirsə, artıq termindir, məfhumun adıdır. Terminlə sözü qarışdırmaq olmaz, bu gün terminləri yerli-yersiz əvəz etmək olmaz. Sözləri xalq işlədəcəksə yaşadacağıq, işlətməyəcəksə yaşamayacaq və dilimizdən bəzi uğursuz söz və ifadələr kimi çıxıb gedəcək”.

Qeyd edək ki, rejissor Ayaz Salayev "Baku Aktual" verilişində səsləndirdiyi fikirlər qalmaqala səbəb olub. O deyib ki, bizim üçün rus dili yox, türk dili təhlükəlidir. "Bizim üçün rus dili yox, türk dili təhlükəlidir. Mənim tələbəm "kasaba" deyir, "qəsəbə" sözünü heç evdə eşitməyib.

Dilimiz rus dilinə görə ayrı dil kimi qorunub saxlanıldı. Orta təhsili olan adam ən azı bir dili doğma dili kimi bilməlidir. Adamın beyninə ikinci dil yerləşmirsə, gərək gedib kənd təsərrüfatı ilə məşğul olsun. Şəhərdə onun işi yoxdur. Şərq meyillisənsə, onda ərəb, fars dillərini öyrən. Nəyə görə valideynlər övladlarını rus bölməsinə qoyur? Hər halda övladının pisliyini istəmir. Azərbaycan bölməsində keyfiyyəti qaldıra bilmirlər deyə rus bölməsini bağlamaq istəyirlər", - rejissor bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:266
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Fevral 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see320

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see311

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see294

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see279

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see228

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see228

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see223

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see218

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see209

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see208

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see204

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see203

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see197

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see196

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see192

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see188

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see180

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see168

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see165

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri