Icma.az
close
up
RU
Qurban Qurbanov: Böyük komandalara qarşı oynayaq üçün cəsarətimiz var

Qurban Qurbanov: Böyük komandalara qarşı oynayaq üçün cəsarətimiz var

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Komanda.az saytının jurnalistlərin arasında keçirdiyi sorğuya əsasən Qurban Qurbanov Azərbaycanda 2025-ci ilin ən yaxşı baş məşqçisi seçilib.

Sportal.az xəbər verir ki, tədbirdə iştirak edən 53 yaşlı mütəxəssis fikirlərini bölüşüb:

"Bu ölkənin övladlarıyıq. Tənqidləri, narazılıqları övlad kimi qəbul edirik, küsməyə, inciməyə haqqımız yoxdur. Döyüşə girmişiksə, qaçmayacağıq. Sabah bəlkə yaxşı olmayan nəticələr olar. Amma bu işə əl qoymuşuq, qaçmaq üçün gəlməmişik. Uduzsaq da, şərəflə uduzmaq istəyirik. Bu, bizim prinsipimizdir. Səs verən hər kəsə təşəkkür edirəm. 

Bu mövsüm Azərbaycan futbolu üçün uğurlu oldu. Məqsədimiz Çempionlar Liqasının əsas mərhələsinə düşmək idi. Bu mövsüm bacardıq. Rəqiblərə baxanda bəlkə hamı düşünürdü ki, bir qələbə olsun bəsdir. Artıq iki qalibiyyətimiz var. Böyük klublara qarşı özü də. Belə komandaların Azərbaycana gəlməsinə sevinirəm. Xalqımız böyük futbolun nə olduğunu bilir. Hamı da buna hazırlaşır. Gözləyirsiz ki, bir də belə rəqib Bakıya nə vaxt gələcək. Hər biriniz daha artığına layiqsiz. Son vaxtlar riskli futbol oynayırıq. "Ayaks"la matç komandanın fiziki göstəriciləri ən yuxarı olan oyunu idi. Hər bir oyunçu ən yaxşı səviyyədə qaçmışdı. Bu gün biz 60-70 dəqiqə dözə biliriksə, qarşımıza məqsəd qoyuruq ki, gələcəkdə daha da yuxarıya çataq. Milli çempionatda 90 dəqiqə ərzində oradakı tempi, sürəti görmürük. Çalışırıq ki, rəqiblərə aciz şəkildə məğlub olmayaq. "Qarabağ" olaraq avrokuboklarda cəsarətimizi daha da artırmışıq. Cəsarət, dözümlülük olmasaydı, istənilən səviyyəyə gəlib çatmazdıq.

Təşəkkür edirəm ki, məni ən yaxşı seçmisiz. Məsuliyyətimiz artır. Bu vətənin övladlarıyıq, hər bir tənqidi övlad kimi qəbul edirik. Fikrinizi azərbaycanlı kimi qəbul edirik. Həmişə düşünürük ki, tənqidlər komandamızın xeyrinədir. Çalışacağıq ki, işimizi daha da yaxşılaşdıraq. Böyük komandalara qarşı oynayaq üçün cəsarətimiz var.  Yıxılarıq, durarıq, amma sınmarıq. 

Vətən müharibəsində aciz görünmürdük. Səfərlərə gedirdik. Düşmənlərimiz stadiona girirdilər. Amma bilmirdilər sonda nə olacaq. Biz də istəyirik ki, işimizi möhkəmləndirək və sonda ayaq üstə dura bilək. Xalqımıza təşəkkür edirəm ki, daim bizimlə olur. Özümüz də kasıblıqla böyümüşük. Daim qələbələr olsa, nə marağı olacaq? Kim bizi acılayacaq, kim tənqid edəcək? Normal qəbul edirəm. Maşında gəlirəm, sağdan biri siqnal verir, soldan biri deyir ki, təşəkkür edirəm. Neqativ heç nə görməmişəmsə, xalqım haqda necə neqativ düşünə bilərəm? Həmişə xalqımla birlikdəyəm. Uduzsaq, həvəsdən düşməməyə çalışacam".

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://sportal.az
archiveBu xəbər 15 Dekabr 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see494

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see222

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see207

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see203

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see202

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see196

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see193

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see186

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see186

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see182

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see179

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see176

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see170

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see168

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see152

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see150

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see148

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see148

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see148

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri