Belə davam etsə, Xəzər əlimizdən mühacirətə qaçmağa məcbur qalacaq!..
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bunu edənlər böyükləri də uşaq yerinə qoyur...
-7 CÜMLƏDƏ 7 DƏRD...-
Park Bulvarda 80-90 faiz endirim hay-küyü qoparan “Sassafoni”də 9-10 manata geyim yox, geyimin əski xatirəsi satılır, 500 manatlıq gödəkçə isə 100 manata “möhtəşəm fürsət” kimi təqdim olunur!
*** ****
On illərlə korrupsiya, dələduzluq və saxtakarlıqla varlananlara “əhsən, bacarıqlı oğuldur, qədəmləri xoş olsun” deyib haqq qazandıranlar, görəsən, Binəqədidə başqasının torpağını zəbt edən, hasarını sökən, evinə qanunsuz girib 17 600 manatlıq əşyasını aparan 74 yaşlı Qədəm nənəyə də “əhsən, fərasətli qızdır, bu yaşda da torpaq biznesini hələ də davam etdirir, qədəmləri xoş olsun” deyib medal taxmağı təklif edərlərmi?..
*** ***
Azərbaycanda deyəsən, oyuncaq bazarında da əndrəbadi mənzərə yaranıb: uşaqlar oyuncaqla oynayır, böyüklərlər isə satıcıların onları uşaq yerinə qoyub aldatması ilə; sertifikatsız, saxta, zəhərli və təhlükəli məhsul istehsal edən və satanların bu “əyləncəsi”nə ağır cəza ilə son qoyulmalıdır!..
*** ***
Məmləkətdə ət bahalaşır, heyvanlar, qoyunların yunu, barama uçota alınır, deputatlar parlamentdə həyəcan təbili çalırlar, amma bu təbilin səsi bazardakı qiymətləri tərpətmirsə, müzakirələrin mənası nədir – deyəsən, növbəti müzakirə olunacaq məsələ heyvanların sayını dəqiqləşdirməklə yanaşı, kasıblara ətsiz yaşamağın təlimatını hazırlamaq olacaq!..
*** ***
Belə getsə, kəndli qoyununu qırxanda yununun kiloqramını, toyuğunu kəsəndə çəkisini, yumurtlayanda yumurtanın sayını, xoruzu banlayanda səsinin desibelini, hətta qoyunu mələyəndə mələmə sayını da uçota almalı olacaq və bir azdan kənd təsərrüfatı yox, kənd həyatının hər saniyəsi statistikaya çevriləcək!..
*** ***
Braziliyada bir deputatın qızı “məni qaçırmayıblar, öz xoşumla getmişəm” deyərək onu küçədən götürüb evinə aparmış çoban sevgilisini müdafiə edir; Azərbaycanda isə yəqin ki, bu etirafdan sonra da əsas sual dəyişməzdi: “Sən deputatın qızını hansı cəsarətlə sevmisən, ay çoban?..”
*** ***
Mütəxəssislərin hesablamalarına görə, son illər Lənkəranda 45, Astarada 35 metr, Abşeronun, Bakının bəzi sahillərində isə 100–200, ayrı-ayrı yerlərdə hətta 500 metrədək geri çəkilən Xəzər, deyəsən, onillərdir sahillərini zəbt edənlərin, torpağını, suyunu murdarlayan, hektarlarla torpaqda villalar, nəhəng malikanələr salaraq yoxsulların heç olmasa ona baxmaq haqqını da əlindən alan korrupsionerlərin, dələduzların və çirkli, haram pulların qoxusundan, elə həmin haramxorların onun bətninə axıdılan nəcis və sidiyinin gerçək üfunətindən cana doyub qaçır – bir az da belə davam etsə, dəniz bu ölkədə sakit, təmiz, çirkaba bulaşmadan yaşamağa yer tapmayıb əlimizdən mühacirətə qaçmağa məcbur qalacaq, ya da özünə...
P.S. Deyir, yazıq Xəzər neçə ildir, düşünə-düşünə qalıb ki, şimala- Rusiyaya tərəf getsəm – orada lap dəhşət korrupsiya, özbaşınalıq var, Özbəkistana, Qazaxıstana yön alsam, orda da dövlət malını babat söküb dağıdanlar var, Türkmənistana üz tutsam, deyəcəklər ki, gərək rəngini bizim maşınlar kimi ağardasan, İrana yan alsam- SEPAH-la mollalar mənə turp əkdirəcəklər, Qərbə, Avropaya sarı üzsəm- Putin oraları da qatıb-qarışdırıb, bir çoxunu rüşvətə, korrupsiyaya alışdırıb. Deyəsən, əlimizdən bezmiş dənizimiz belə qərara gəlib ki, özünü Ermənistanın, Türkiyənin, Aralıq dənizinin üstündən tullasın Atlantik okeanına- orda ya məhv ola, ya da sakit, təmiz bir ölkə tapıb ona lövbər ata...
Sultan Laçın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 10 Noyabr 2026 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















