Icma.az
close
up
RU
“Belə getsə, 10 gündən Tehranda xaos və faciə başlayacaq...”

“Belə getsə, 10 gündən Tehranda xaos və faciə başlayacaq...”

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

 “Hər şey yanlış, səhv daxili və xarici siyasət və idarəçilik ucbatından baş verir. Urmiya gölü niyə qurudu?- Səhvlər ucbatından... Zayəndərud çayı niyə qurudu? Səhvlər ucbatından...”

Xəbər verdiyimiz kimi, noyabrın 2-də İranın dövlət mediasının yaydığı məlumata görə, İranın paytaxtı Tehran sakinləri üçün əsas içməli su mənbəyi ölkəni bürüyən tarixi quraqlıq səbəbindən iki həftə ərzində(artıq 10 gün) qurumaq təhlükəsi ilə üzləşib.

Görəsən, bir yandan rəhbərliyi Qərbi, ABŞ-ı dağıdılmış nüvə mərkəzlərinin yenidən bərpa ediləcəyi ilə hədələyən İranın paytaxtındakı bu problem hansı səbəblərdən yaranıb və onun həlli istiqamətində dövlət hansısa real bir tədbir görə biləcəkmi?..

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən 11 il müddətində Azərbaycanın İranda səfiri kimi çalışmış Abbasəli Həsənov hesab edir ki, İran paytaxtında, həmçinin bir sıra digər ostan və iri şəhərlərdə susuzluq probleminin yaranmasının əsas səbəblərindən biri olduqca aşağı səviyyədə olan dövlət idarəçiliyidir. 

“Başqa dövlətlərlə müqayisə aparsaq, görərik ki, harada düzgün idarəçilik varsa, orada uğur var, orada iqtisadiyyat, sənaye, kənd təsərrüfatı sürətlə inkişaf edir, orada ciddi sosial problemlər olmur, çünki onların qarşısı vaxtında, qabaqcadan düşünülmüş qaydada alınır və belə dövlət ən qorxulu, təhlükəli, irimiqyaslı təbii və ya texnogen fəlakətlərdən çox vaxt təkbaşına da uğurla çıxır.  Tehranda su çatışmazlığına digər səbəb enerji daşıyıcılarının- elektrikin, qazın çatışmazlığıdır...  

Üçüncüsü, ölkədə olan su ehtiyatlarından düzgün istifadə olunmur. Bu sahədə böyük səhvlərə yol verildiyindən Tehran anbarlarında cəmi 10-12 günlük su ehtiyatı qalıb.”

Həmsöhbətimizin sözlərinə görə, İranda su, eləcə də bir çox digər problemləri yaradan dördüncü əsas səbəb son onilliklərdə dövlətin əsas diqqətini xaricdə görülən lüzumsuz işlərə yönəltməsidir: 

“Əvvəlki açıqlamalarımızda bu haqda ətraflı danışmışdıq. Yəni söhbət ondan gedir ki, 1980-ci illərin əvvəllərindən bəri İran dövləti əksər siyasi-izibati gücünü də, maliyyə vəsaitlərini də xaricdə özünə sadiq rejimlər, qruplaşmalar, proksi-qüvvələr və s. yaratmağa yönəldib: Suriya, Fələstin, “Hizbullah”, “HƏMAS”, Yəməndə husilər və s. Və nəticədə bu istiqamətlərdə yüz milyardlar xərclənib... Nəticə isə göz qabağındadır...” 

Diplomat beşinci səbəb kimi  son 40-45 ildə İranın xarici siyasətini də düzgün qurmamasında, daim özünü Qərbdən, Avropadan, Amerikadan təcrid etməsində görür: 

“Odur ki, son illər bu nəhəng 90 milyonluq ölkə ildən-ilə artan müxtəlif beynəlxalq sanksiyalar altında qalıb. Bütün bunların nəticəsində bu gün nə dövlətin büdcəsində pul qalıb, sanksiyalar səbəbindən nə də xaricdən iri şirkətlərin ölkəyə investisiya yeritməsinə imkan, sabitlik var. Məhz bu səbəblərdən son illər İranda heç bir iqtisadi-sosial problem, o cümlədən su problemi yekun həllini tapmır. Və nəticədə xalqın güzəranı gündən-günə ağırlaşır... 

Xülasə, göründüyü kimi, ümumilikdə hər şey yanlış, səhv daxili və xarici idarəçilik ucbatından baş verir. Urmiya gölü niyə qurudu?- Səhvlər ucbatından... Zayəndərud çayı niyə qurudu?- Səhvlər ucbatından...

“Belə çıxır ki, təxminən 10 gündən sonra Tehranda və s. yaşayış məntəqələrində  su problemi həllini tapmayacaq, anbarlarda su bitəcək və nəticədə şəhərlərdən, o cümlədən paytaxtdan daha kütləvi köç(onsuz da yay aylarından köçlər başlanıb) edəcək?” sualına sabiq səfir belə cavab verib:

“Bəli. Təəssüf ki, belə getsə, bu gözlənilir. Və belə bir hal Tehranda, ümumiyyətlə, ölkədə xaos yarada bilər. Və bu cür xaos vəziyyətində nə desəniz, baş verə bilər... İnsan susuz yaşaya bilməz axı... Sakinlər uzağı bir neçə gün müxtəlif yollarla adambaşı 3-5 ildir su əldə edə biləcəklər. Amma sonra faciə başlayacaq...”

Sultan Laçın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://moderator.az
archiveBu xəbər 04 Noyabr 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri