Tehranda “Gözgözə”
Icma.az bildirir, Sia Az portalına istinadən.
Sərgi dekabrın 19-dək gələnlərin üzünə açıqdır
İranın paytaxtı Tehrandakı Müasir İncəsənət Muzeyində açılan “Göz-gözə” adlı sərgidə müasir dünya incəsənətinin şah əsərlərindən ibarət əsərlər nümayiş olunur.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, sərgidə Salvador Dali, Frensis Bekon, Pablo Pikasso, Vinsent Van Qoq, Endi Uorhol, Edvard Monet və Kamal El Molk kimi rəssamların 120 əsəri yer alır.
“Göz-gözə” sərgisində əhval-ruhiyyə, tarixi portret və qadın rəsimləri kimi müxtəlif bölmələr var.
Sərginin interaktiv hissəsi də seyirçilərə portret sənətinin tarixi və texnikasını kəşf etmək üçün xüsusi imkan yaradır.
Böyük marağa səbəb olan sərgi dekabrın 19-dək gələnlərin üzünə açıqdır.
Baxış sayı:109
Bu xəbər 29 Noyabr 2024 18:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















