Icma.az
close
up
RU
Belə oruc tutmaq nəinki savabdır, əksinə günaha batırır İlahiyyatçı

Belə oruc tutmaq nəinki savabdır, əksinə günaha batırır İlahiyyatçı

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İslamda xəstəlik, zəiflik və digər sağlamlıq məhdudiyyətləri olan şəxslərin oruc tutmaması məsələsi uzun müddətdir dini qaynaqlarda müzakirə olunur. Qurani-Kərimdə bu hallara xüsusi istisnalar və güzəştlər nəzərdə tutulub. Sağlamlıq səbəbləri ilə oruc tutmamaq dini baxımdan icazəlidir və belə şəxslərin məsuliyyəti qismən yüngülləşdirilir.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən ilahiyyatçı Fazil Əhməd bildirib ki, islamda xəstə insanların oruc tutmaması ilə bağlı hökmlər həm Qurani-Kərimdə, həm də hədislərdə qeyd olunub:
"Şəriətə görə, əgər oruc tutmaq insanın xəstəliyini şiddətləndirirsə, sağalmasını gecikdirirsə və ya sağlamlığına real zərər vurursa, bu halda həmin şəxs üçün oruc tutmaq qadağan sayılır. Lakin hər xəstəlik bu kateqoriyaya aid deyil. Elə xəstəliklər var ki, oruc onlara mənfi təsir göstərmir, hətta müəyyən hallarda faydalı ola bilər. Əsas meyar odur ki, orucun konkret xəstəliyə zərəri sübuta yetirilsin. Bu məsələdə həkim rəyinin böyük əhəmiyyəti var. İslam alimləri bildirirlər ki, insan bir həkimin rəyi ilə kifayətlənməməli, xüsusilə də xəstəliyin ağırlığı və orucun təsiri ilə bağlı tərəddüd varsa, bir neçə ixtisaslı həkimə müraciət etməlidir. Ən azı iki-üç mütəxəssisin rəyini öyrənmək tövsiyə olunur. Ancaq konkret əməliyyat və ya davamlı müalicə aparan həkim varsa, həmin sahə üzrə ixtisaslaşmış həkimin rəyi əsas götürülə bilər. Burada əsas məqsəd dini və ya şəxsi yanaşma deyil, tibbi əsaslandırılmış qərardır".
İlahiyyatçı bildirib ki, xəstəlik müvəqqətidirsə, sağaldıqdan sonra tutulmayan orucların qəzası yerinə yetirilir:
"Xəstəlik növbəti Ramazana qədər davam edərsə və şəxs oruc tuta bilməzsə, sağaldıqdan sonra sonuncu Ramazanın qəzalarını tutur. Şəriət qaydalarına görə, insan gücü çatmadığı və sağlamlığı imkan vermədiyi halda məsuliyyət daşımır. Yəni din insanı çətinliyə salmaq üçün deyil, asanlaşdırmaq üçün göndərilib. Qurani-Kərimdə də insanın özünü təhlükəyə atmaması buyurulur. Əgər ixtisaslı həkim tibbi dəlillərlə bildirirsə ki, oruc tutmaq sağlamlıq üçün təhlükəlidir, buna baxmayaraq israrla oruc tutmaq doğru sayılmır. Bu, insanın özünü bilərəkdən riskə atması kimi qiymətləndirilir. Ona görə də belə hallarda həm dini hökmü, həm də tibbi tövsiyəni nəzərə alaraq qərar vermək vacibdir".
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Fevral 2026 21:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri