Icma.az
close
up
RU
Belə söhbətlərə nə biz fikir verməliyik, nə də siz

Belə söhbətlərə nə biz fikir verməliyik, nə də siz

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

“Çox keyfiyyətli bir komandaya qarşı oynayacağıq. Bizim üçün çox vacib matçdı. Pis hazırlaşmamışıq. Çalışacağıq ki, diqqətli olaq. Azarkeşlərimizi sevindirməyi çox istəyirik”.

"Football-plus.az" xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının əsas mərhələsinin 5-ci turunda sabah “Lion”la (Fransa) keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
- Marko Veşoviç və Mateus Silvanın durumu necədi? Sabah ilk dəqiqələrdən oynaya bilərlər?
- Ümumən pis deyil. Hazırlıqları yaxşı səviyyədədi. Sabah tam qəti qərar verəcəyik ki, əsas heyətdə olacaqlar, yoxsa yox.
- Yəqin ki, “Lion”un heyəti ilə tanışsınız. Klub isə hazırda maddi cəhətdən əziyyət çəkir. Sizcə, bu durumda qələbə qazanmaq şansınız necədi?
- Bəli, oyunlarına da baxmışıq, təhlil etmişik. Sabah komandamızda kimin meydanda olması bizim üçün bəllidi. Sadəcə 1-2 sual doğuran mövqe var. Rəqibdə böhran oldu-olmadı biz hazırlaşırıq. Bu söz-söhbətlər şayiədi. İstənilən klubda belə söhbətlər gəzir. Böyük klublar belə durumda 1-2 futbolçunu satmaqla vəziyyətdən çıxır. Belə söhbətlərə nə biz fikir verməliyik, nə də siz. Çünki bəzən bu fikirlər hansısa nəticəyə kölgə sala bilər. Bunlar sadəcə söz-söhbətlərdi.
- Rəqibin "Lion" olduğunu nəzərə alsaq, hansısa xüsusi gedişat olacaq? Yoxsa, digər oyunlara necə hazırlaşmısınızsa, bu oyuna da eyni yanaşma olacaq?
- Biz həmişə çalışmışıq ki, öz oyunumuzu yaxşılaşdıraq. Həm məşqdə, həm də oyunda. İlk silahımız bu olmalıdır. Öz bacardığımızı daha keyfiyyətli şəkildə yerinə yetirmək istəyirik. Amma istənilən rəqibin üstün cəhətlərinin qarşısını almalıyıq. Hər komandanın üstün cəhətləri var. Sadəcə bir neçə detal, element var ki, digər rəqiblərə qarşı necədisə, bu rəqibə qarşı da o detallarda diqqətli olmalıyıq. Hər matçda oyunun gedişində 1-2 dəyişiklik olur. "Lion"un üstün keyfiyyətini nəzərə alaraq detallara fikir verməliyik. Hücum planımızda da çox yox, 1-2 əlavə düşüncələr olacaq. Həyata keçəcək ya yox, oyunun gedişatından asılıdır. Hazırlığın çox hissəsini öz oyunumuzun, düşüncələrimizin üzərində qururuq.
- “Lion”u hansı xüsusi keyfiyyətlərlə təəccübləndirə bilərsiniz?
- Əvvəl də dedim ki, çox keyfiyyətli komanda ilə qarşılaşacağıq. Rəqib haqda çox danışmaq istəmirəm. Bizim isə ən böyük gücümüz kollektiv oyuna üstünlük verməyimizdir. Həm hücumda, həm də müdafiə xəttində belədi. Çünki bu gün komponentlərə baxsaq, "Lion" bizdən üstün görünür. Daha yaxşı liqada oynayır, daha böyük klubdu. Amma bizim Avropada böyük təcrübəmiz var. Bundan istifadə edərək, belə komandalara qarşı düzgün oynamağa çalışmışıq. Kollektiv şəkildə çalışacağıq ki, lazım olan nəticə üçün meydanda ən doğrusunu edək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 Noyabr 2024 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri